Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Qusar şəhər Uşaq İncəsənət Məktəbi

Qusarda şəhər yeddi illik musiqi məktəbi Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 596 nömrəli 3 avqust 1960- cı tarixli əmrilə yaradılmışdır.

İlk şöbələr tar və fortepiano ixtisasları üzrə yaradılmışdı. 1972 ci ildə yeni bina və gücləndirilmiş maddi – texniki baza musiqi məktəbində qarmon, nağara, klarnet, kamança kimi ixtisasları tədris etmək şərait yaratmışdır.

1984 – cü ilin sentyabrda etibarən bu sənət ocağı incəsənət məktəbi adlanmışdır. 

Məktəbin direktoru: Bağışova Reyhan Sultan qızı

Bağışova Reyhan Sultan qızı 18.10.1965-cü il tarixində Qusar  şəhərində anadan olmuşdur. 1986-cü ildə A.Zeynallı adına Bakı Orta ixtisas Musiqi Məktəbini fortepiano ixtisası üzrə, 1994-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını xordirijorluq ixtisası üzrə bitirmişdir.

1986-1994-cü illərdə Qusar şəhər Uşaq İncəsənət Məktəbində forteplano müəllimi işləmişdir.

1994-2002-ci illərdə fortepiano şöbəsinin müdiri, 2002-2005-ci illərdə məktəbin tədris işlər üzrə direktor müavini, 20.09.2005-ci ildən həmin məktəbin direktoru vəzifəsində çalışır.

Ailəlidir, 1 övladı var.

 

Tədris işləri üzrə direktor müavini: Ağayeva  Gülnarə Tofiq qızı

Fortepiano  şöbəsinin müdiri:  Qasımova  Nazilə Əmrulla qızı

Nəzəri fənlər üzrə şöbə müdiri:  Davıdova Lətafət Mubariz qızı

Xalq çalğı alətlərİ şöbəsinin müdiri:  Səlimov Vasif Eyyub oğlu


Qusar şəhəri
Ünvan:
AZ 3800, Qusar şəhəri, M.Ə.Rəsulzadə küçəsi 2
Telefon:

(+994 23) 385-22-68

E-mail:

qusar-inc.mekt@mail.ru

 

299.4 KB