Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi

Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi 1966-cı ildə yarnmışdır və 1966-1992-ci illərdə Laçın şəhərində fəaliyyət göstərmişdir. 1992-1995-ci illərdə Bakı şəhəri, Nərimanov rayonu, İnşaatçılar Mədəniyyət Sarayında, 1995-2008-ci  illərdə Bakı şəhəri, Nərimanov rayonu, Səttərxan adına Mədəniyyət Evində fəaliyyət göstərmişdir.            

2008-ci ildən hal-hazıradək Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 1 B ünvanında Respublika Karlar Cəmiyyətinin balansında olan yataqxana binasının zirzəmi hissəsində  fəaliyyətini davam etdirir.

 

Məktəbin direktoru: Gülsüm Yusif qızı Məhərrəmova

Məhərrəmova Gülsüm Yusif qızı 16.03.1974-cü ildə Laçın rayonunda anadan olmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş, 1995-ci ildə ADMİU-ni xalq çalğı alətləri orkestrinin dirijoru ixtisası üzrə bitirmişdir. 1996-cı ildən Əli Quliyev adına Laçın şəhər 1 №-li Uşaq Musiqi Məktəbində müəllim, 2008-ci ildən şöbə müdiri, 2014-cü ildən direktor kimi fəaliyyət göstərir.

Ailəlidir, iki övladı var.

 

Fortepiano şöbəsinin müdiri: Elyana Teymur qızı Abbasova

Xalq çalğı alətləri şöbəsinin müdiri: Habil Telman oğlu İsmayılov

Nəzəri fənlər şöbəsinin müdiri: Aynur Hidayət qızı Məmmədova

 


Laçın şəhəri
Ünvan:
AZ 1002, Bakı şəhəri, Nizami rayonu, M. Şərifli küçəsi 1 b
Telefon:

(+994 12) 409-46-99

E-mail:

gulsummhrrmova@gmail.com

 

3.6 MB

 

1.5 MB

 

3.6 MB