Laçın şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi 2000-ci ildə təşkil olunmuşdur. Məktəb yarandığı 2000-2001 tədris ilindən 2008-2009 tədris ilinədək Saatlı rayonunun Əlisoltanlı kəndində qaçqın və məcburi-koçkünlər üçün salınmış şəhərcikdə və 2008-2009 tədris ilindən etibarən isə Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən və Abşeron rayon Təhsil Şöbəsinin balansında 204 kv.m ümumi sahəsi olan ayrıca binada fəaliyyətini davam etdirir.
Məktəbin direktoru: Böyükağa İbrahim oğlu Abdullayev
Abdullayev Böyükağa İbrahim oğlu 01.02.1960-cı ildə laçın rayonunun Böyük Seyidlər kəndində anadan olmuşdur. 1983-cü ildə M.M.Nəvvab adına Şuşa orta ixtisas musiqi texnikumunu tar ixtisası üzrə birtirmişdir. 01.09.1983-15.09.2004-cü illərdə Laçın şəhər 1 saylı Uşaq Musiqi məktəbində tar ixtisası üzrə müəllim işləmişdir. 16.09.2004-cü il tarixindən Laçın rayon 2 №li Uşaq Musiqi Məktəbində tar ixtisası üzrə müəllim və Xalq çalğı alətləri şöbəsinin müdiri işləyir. 04.01.2018-ci il tarixindən məktəbin direktor əvəzi vəzifəsini icra edir.
Ailəlidir, 2 övladı var.
Fortepiano şöbəsinin müdiri: Kəmalə Balaca qızı Cavadova
lacin.umm02@mail.ru