Məktəbin direktoru: Bilal Qurban oğlu Quliyev
Bilal Qurban oğlu Quliyev 11.04.1970-ci ildə Lerik rayonunun Aqçay kəndində anadan olmuşdur. 1989-cu ildə S.Hacıbəyov adına Sumqayıt orta ixtisas musiqi məktəbini tar ixtisası üzrə bitirmişdir. 1991-1993-cü illərdə Yardımlı rayon Uşaq Musiqi Məktəbində tar müəllimi, 2003-2006-cı illərdə Z.Tağıyev adına Çayrud kənd Uşaq Musiqi Məktəbində tar müəllimi, 2007-2015-ci illərdə Z.Tağıyev adına Çayrud kənd Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində işləmişdir.
1 oktyabr 2015-ci ildən E.Rufullayev adına Lerik rayon Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.
Şöbə müdiri: Namik Gülhəsən oğlu Qasımov
(+994 25) 274-48-91
lerikusaq.musiqi@mail.ru