1957-1958 ci illərdə Cənub zonasında ilk musiqi məktəbi C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbi olmuşdur. Hal-hazırda məktəbdə 439 şagird təhsil alır.
60 il ərzində məktəbi 4200 şagird bitirmişdir. Məzunların 475 nəfəri orta ixtisas məktəbini, 66-ya yaxın Musiqi Akademiyasını, 23 nəfər İncəsənət Universitetini bitirmişdir. Hal-hazırda onlardan əksəriyyəti musiqi məktəblərində müəllim kimi çalışırlar.
Məktəbdə Xalq Calğı Alətləri Orkestri, Balaban çalanlar ansamblı, Kamança çalanlar ansamblı, Qarmon çalanlar ansamblı, Xanəndələr ansamblı, Qanun çalanlar ansamblı, Nağara çalanlar ansamblı, Cənub qızlar ansamblı, Kvartetlər, məktəbin birləşmiş xoru, Folklor kollektivi fəaliyyət göstərir.
Məktəbin direktoru: Camal Kamal oğlu Həsənov
Camal Kamal oğlu Həsənov 26.05.1960-cı il tarixində Lənkəran şəhərində anadan olmuşdur. 1984-ci ildə Lənkəran musiqi texnikumunun tar ixtisası, 1995-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun ibtidai təlimin pedoqogoikası və metodikası-musiqi ixtisası üzrə bitirmişdir. 1984-2015-ci illərdə C.Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində müəllim, şöbə müdiri, tədris işləri üzrə direktor müavini vəzifələrində çalışmışdır.
08.12.2015-ci ildən C.Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində çalışır.
Ailəlidir, 3 övladı var.
Tədris işləri üzrə direktor müavini: Samirə Zəkəriyyə qızı Əliyeva
Fortepiano şöbəsinin müdiri: İradə Nadir qızı Əskərova
Fortepiano şöbəsinin müdiri: Aynur İmaməli qızı Abışova
Xalq çalğı alətləri şöbəsinin müdiri: Əlirza Mirzağa oğlu Yunuszadə
Nəzəriyyə şöbəsinin müdiri: Elazad Təyyar qızı Hüseynova
(+994 25) 255-25-09
(+994 25) 255-49-57
1sayliushaqmusiqi@gmail.com