Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Mingəçevir şəhər Fəxrəddin Qasımov adına Uşaq İncəsənət Məktəbi

Mingəçevir  şəhər  Fəxrəddin  Qasımov  adına  Uşaq  İncəsənət  məktəbi 1993-cü  ildən 3 nömrəli  Uşaq  musiqi  məktəbi  kimi fəaliyyətə  başlayıb. 1996-cı  ildən  şəhid  Fəxrəddin  Qasımovun adını  daşıyır. 2005-ci  ildən Azərbaycan  Respublikasının  Mədəniyyət  Nazirinin əmri  ilə Uşaq  İncəsənət  məktəbinə  çevrilmişdir.

Ərazisi  840 kv.m, həyatyanı  sahəsi 140 kv.m-dir.

 

Məktəbin direktoru: Etibar Ağagül oğlu Əliyev

Əliyev Etibar Ağagül oğlu 10.08.1963-cü ildə Yevlax rayonunun Havarlı kəndində anadan olmuşdur.1983-cü ildə Şəki Orta İxtisas Musiqi məktəbini tar ixtisası üzrə, 2005-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını Sənətşünaslıq ixtisası üzrə bitirmişdir.

1979-1993-cü illərdə S.Vurğun adına mədəniyyət evində tar müəllimi, 1993-1994-cü illərdə Bülbül adına  2  nömrəli Uşaq Musiqi məktəbində tar  müəllimi, 1994-cü ilin mart ayından 1999-cu ilin dekabr ayına kimi həmin məktəbdə tədris işləri üzrə direktor müavini, 15.12.1999-cu ildən Şəhid Fəxrəddin Qasımov adına Mingəçevir  şəhər Uşaq İncəsənət məktəbinin direktorudur.

Ailəlidir, 2 övladı var.

 

Tədris işləri üzrə direktor müavini: Aynur Qiyas qızı Əhmədova

Fortepiano şöbəsinin  müdiri: Lalə Süleyman qızı Əliyeva

Xalq çalğı alətləri şöbəsinin müdiri: Namiq Camal oğlu Aslanov 

Nəzəriyyə  şöbəsinin müdiri: Samirə Telman qızı Ələkbərova

 


Mingəçevir şəhəri
Ünvan:
AZ 4500, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 40
Telefon:

(+994 24) 275-58-79

(+994 24) 275-70-86

E-mail:

etibar.aliyev168@gmail.com

 

4.7 MB

 

2.2 MB

 

2.3 MB