Mingəçevir şəhər Fəxrəddin Qasımov adına Uşaq İncəsənət məktəbi 1993-cü ildən 3 nömrəli Uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. 1996-cı ildən şəhid Fəxrəddin Qasımovun adını daşıyır. 2005-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin əmri ilə Uşaq İncəsənət məktəbinə çevrilmişdir.
Ərazisi 840 kv.m, həyatyanı sahəsi 140 kv.m-dir.
Məktəbin direktoru: Etibar Ağagül oğlu Əliyev
Əliyev Etibar Ağagül oğlu 10.08.1963-cü ildə Yevlax rayonunun Havarlı kəndində anadan olmuşdur.1983-cü ildə Şəki Orta İxtisas Musiqi məktəbini tar ixtisası üzrə, 2005-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını Sənətşünaslıq ixtisası üzrə bitirmişdir.
1979-1993-cü illərdə S.Vurğun adına mədəniyyət evində tar müəllimi, 1993-1994-cü illərdə Bülbül adına 2 nömrəli Uşaq Musiqi məktəbində tar müəllimi, 1994-cü ilin mart ayından 1999-cu ilin dekabr ayına kimi həmin məktəbdə tədris işləri üzrə direktor müavini, 15.12.1999-cu ildən Şəhid Fəxrəddin Qasımov adına Mingəçevir şəhər Uşaq İncəsənət məktəbinin direktorudur.
Ailəlidir, 2 övladı var.
Tədris işləri üzrə direktor müavini: Aynur Qiyas qızı Əhmədova
Fortepiano şöbəsinin müdiri: Lalə Süleyman qızı Əliyeva
Xalq çalğı alətləri şöbəsinin müdiri: Namiq Camal oğlu Aslanov
Nəzəriyyə şöbəsinin müdiri: Samirə Telman qızı Ələkbərova
(+994 24) 275-58-79
(+994 24) 275-70-86
etibar.aliyev168@gmail.com