1953-cü ildən fəaliyyət göstərir. 2011-c i ildən 11 illik musiqi məktəbi statusunu almışdır.
Məktəb 2 mərtəbəli müstəqil binada yerləşir. Binanın ümumi sahəsi 3624 kvm-dir, həyətyanı sahəsi yoxdur. Məktəb Mingəçevir şəhər Mədəniyyət və Turizm şöbəsinin balansındadır. Məktəbdə 4 inzibati otaq 53 sinf otağı, 108 nəfərlik konsert zalı və 60 nəfərlik kiçik zal var.
Məktəbin direktoru: Vüsal Məhəmməd oğlu Məmmədov
Məmmədov Vüsal Məhəmməd oğlu 28.11.1985-ci il tarixində Bərdə şəhərində anadan olmuşdur. 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin tarix fakültəsini bitirmişdir. Milli Konservatoriyanın Xalq çalğı alətləri fakültəsinin Saz ixtisasının II kurs tələbəsidir.
2014-2019-cu illərdə Mingəçevir Dövlət Dram Teatrının direktor müavini vəzifəsində çalışmışdır. 22.11.2019-cu il tarixindən Mingəçevir şəhər Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində direktor vəzifəsində çalışır.
Ailəlidir, 3 övladı var.
Tədris işləri üzrə direktor müavini: Vüqar Mahir oğlu Musayev
Fortepiano şöbəsinin müdiri: İntizar Fidail qızı Tağıyeva
Xalq çalğı alətləri şöbəsinin müdiri: Ağaismayıl Səhrab oğlu Əzizov
Nəzəriyyə şöbəsinin müdiri: Xuraman Ata qızı Alıyeva
(+994 24) 274-73-05
(+994 24) 274-82-19
mehriban.xelilova63@mail.ru