Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq Musiqi Məktəbi

    1990-cı ildən fəaliyyət göstərir və dahi bəstəkar Bülbülün adını daşıyır.

    Məktəb Səhiyyə şöbəsinin balansındadır, Tibb kollecinin I  mərtəbəsində yerləşir , ümumi sahəsi 400 kv.m-dir.

Məktəbin direktoru: Xabarov Qəzənfər Namaz oğlu

Xabarov Qəzənfər Namaz oğlu 14.03.1957-ci il tarixində Mingəçevir şəhərində anadan olmuşdur.1976-cı ildə Q.Hüseynli adına Gəncə Orta İxtisas Musiqi Texnikomunu tar ixtisası üzrə bitirmişdir.

1993-cü ildə  Sverdlovsk  Xalq Təsərrüfat İnstitunu  Mühəndis–texnoloq ixtisası üzrə bitirmişdir.

1974-1976-cı illərdə Gəncə şəhər Mədəniyyət evində tar müəllimi işləmişdir. 1979-1981-ci illərdə Mingəçevir şəhər Səməd Vurğun adına Mədəniyyət evində  tar müəllimi işləmişdir. 1981-1990-cı illərdə Üzeyir Hacıbəyov adına uşaq musiqi məktəbinin QRES qəsəbəsindəki filialında tar müəllimi işləmişdir.

1990-2000-ci illərdə Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbində  tar müəllimi işləmişdir. 2000-2005-ci illərdə Mingəçevir şəhər Şəhid  A.Niftəliyev adına   Mədəniyyət evinin direktor vəzifəsində işləmişdir.

15 oktyabr 2005-ci il tarixdən Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbində direktor vəzifəsində çalışır.


Mingəçevir şəhəri
Ünvan:
AZ 4500, Mingəçevir şəhəri, Naxçıvan küçəsi 25
Telefon:

(+994 24) 276-15-36

(+994 24) 276-11-65

E-mail:

bulbul.mm.68@mail.ru

kerimli68@bk.ru

 

771 KB