UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər

Naftalan şəhər Uşaq Musiqi Məktəbi

1968- ci ildə keçmiş Qasım İsmayılov  rayon uşaq musiqi  məktəbinin filialı kimi fəaliyyətə başlamışdır.

1970-ci ildə məktəbə filialın rəhbəri kimi Məmmədov Məmmədəli Davud oğlu göndərilir. Naftalan şəhər ümumtəhsil məktəblərində, yaxın kənd məktəblərində oxuyan şagirdlər musiqi məktəbinə cəlb olunur və 1977-ci ildən məktəb müstəqil bir məktəb kimi fəaliyyət göstərməyə başlayır.  Həmin illər musiqi məktəbi Naftalan şəhər İ.Nəsimi adına 1 saylı orta məktəbin  nəzdində bir neçə sinifdən ibarət idi. 

Şəhər Xalq Deputatları Sovetinin razılığı ilə 1980-ci ildə hazırda musiqi məktəbinin fəaliyyət göstərdiyi binaya köçməyə icazə verilir. 

1988-1992-ci illər Azərbaycanda Qarabağ münaqişəsinin qızğın bir dövründə məktəbin bir qrup müəllimləri əllərində silah işğalçı ermənilərlə mübarizəyə qalxmış,müəllimlərdən bir neçə nəfəri müharibə veteranı adına layiq görülmüş, bir nəfər  Məmmədov  Nofəl  Çərkəz oğlu vətən uğrunda şəhid olmuşdur.

1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi bir dövrdən Azərbaycanda atəşkəs yarandı, respublikamızda quruculuq, yaradıcılıq işləri başlandı. Məhz həmin illər Yeni Azərbaycan Partiyasının Naftalan şəhər təşkilatı yarandı və qərargah musiqi məktəbində uzun illər fəaliyyət göstərdi.    

Məktəbin ümumi sahəsi 563,4 m 2,  istifadə olunan sahəsi isə 537,6 m2-dir.  Hal-hazırda məktəbdə 31 sinif otağı, 1 konsert zalı və 1 kitabxana vardır.  Məktəb binası Naftalan şəhər Təhsil Şöbəsinin balansında yerləşir. 


Naftalan şəhəri
Ünvan:
AZ 4600, Naftalan şəhəri, H.Əliyev küçəsi 14
Telefon:

(+994 22) 352-27-87

(+994 22) 352-19-06

Fax:
www.naftalan-medeniyyet.weebly.com
E-mail:

naftalan.musiqi@bk.ru

 

2.3 MB

 

2.2 MB