Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Bakı şəhəri Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbi

Tofiq Quliyev adına 12№li 11 illik musiqi məktəbi 25 avqust 1955 –ci ildə Bakı şəhər İcra hakimiyyətinin “96 a” saylı qərarı ilə 2 saylı musiqi birliyinin əsasında yaradılıb. 

Azərbaycan Respublikasının Prezidentinin “T.Ə.Quliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” 7 noyabr 2003-cü il tarixli 8 saylı sərəncamı ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 19 noyabr 2003-cü il tarixli 334 saylı əmrini əsas tutaraq Bakı şəhər,Səbail rayonu 12№ li musiqi məktəbinə Tofiq Ələkbər oğlu Quliyevin adı verilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin 13.07.2009-cu il tarixli 314 saylı sərəncamına əsasən məktəb 11 illik təhsil sisteminə keçirilmişdir. 

Fəxri adı olan müəllimlər:

1. Yaqubova Nazilə Mir Teymur qızı – fortepiano ixtisas müəllimi, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 sentyabr tarixli, 1417  nömrəli Sərəncamı ilə  “Əməkdar Müəllim” Fəxri adına layiq görülmüşdür.

2. İsmayılov Zakir Xeyrulla oğlu –qarmon ixtisas müəllimi, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli, 3521 nömrəli Sərəncamı ilə “Əməkdar Müəllim” Fəxri adına layiq  görülmüşdür.

 

Məktəbin direktoru: Səfərova Gülnarə Hafiq qızı

24.04.1962-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbini, 1985-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. G.Səfərova 19791980-cı illərdə Y.Qaqarin adına pionerlər və məktəblilər sarayında kütləvi tədbirlər üzrə metodist və təşkilatçı, 1981-1986-cı illərdə 26 Bakı komissarları adına mədəniyyət sarayında mədəniyyət təşkilatçısı, 2003-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində pedaqoqika və psixologiya müəllimi, 2004-2007-ci illərdə Azərbaycan Milli Monservatoriyasının Musiqi Kollecində psifologiya müəllimi vəzifələrində işləmişdir. 12 sentyabr 2007-ci ildən T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin direktor vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2015-ci ildə “Əməkdar Müəllim” fəxri adına layiq görülüb. Ailəlidir, 2 övladı var.

 

Tədris işləri üzrə direktor müavini: Mehdiyeva Nərmin Elmar qızı

Fortepiano şöbəsinin müdiri: Aslanova Səbinə Abdulla qızı

Xalq çalğı alətləri şöbəsinin müdiri: Əliyeva Mehriban Kamil qızı

Nəzəriyyə şöbəsinin müdiri: Mirzəyeva Elnarə Rafail qızı

 

 


Bakı şəhəri
Ünvan:
AZ 1001, Səbail rayonu, Y.İbrahimbəyli küçəsi 6
Telefon:

(+994 12) 492-25-53

Fax:
+994 12) 492-25-53
E-mail:

m.nigar1977@gmail.com

Url:
Baku.art

 

4.5 MB

 

48.4 KB

 

43.5 KB