Oğuz rayon 7-illik UMM-i 1967-ci ildə yaradılmışdır. Məktəbin binası 1930-cu ildə inşa edilmişdir. Məktəbin həyətyanı sahəsi 7 sotdur. Tədris sahəsi 500 m2-dir. Məktəb rayon Mədəniyyət şöbəsinin balansındadır. Məktəbdə 31 sinif otağı, 1 inzibati direktor otağı və 260 yerlik zal vardır.
Məktəbin direktoru: Nadir Qədir oğlu Bəbirov
24 avqust 1960-cı ildə Bərdə şəhərində anadan olmuşdur. 1975-1979-cu illərdə Şuşa Musiqi Kollecində tar ixtisası üzrə təhsil almışdır. 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1983-1988-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (qiyabi) xalq çalğı alətləri şöbəsini tar ixtisası üzrə bitirmişdir. 1981-1991-ci illərdə Oğuz rayon uşaq musiqi məktəbində tar müəllimi kimi işləmişdir. 1991-ci ildən isə Oğuz rayon uşaq musiqi məktəbinin direktorudur.
(+994 24) 215-37-05
bebirov60@mail.ru