Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Oğuz şəhər Uşaq Musiqi Məktəbi

         Oğuz rayon 7-illik UMM-i 1967-ci ildə yaradılmışdır. Məktəbin binası 1930-cu ildə inşa edilmişdir. Məktəbin həyətyanı sahəsi 7 sotdur. Tədris sahəsi 500 m2-dir. Məktəb rayon Mədəniyyət  şöbəsinin balansındadır. Məktəbdə 31 sinif otağı, 1 inzibati direktor otağı və 260 yerlik zal vardır. 

 

Məktəbin direktoru: Bəbirov Nadir Qədir oğlu

24 avqust 1960-cı ildə Bərdə şəhərində anadan olmuşdur. 1975-1979-cu illərdə Şuşa Musiqi Kollecində tar ixtisası üzrə təhsil almışdır.1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1983-1988-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (qiyabi) xalq çalğı alətləri şöbəsini tar ixtisası üzrə bitirmişdir.1981-1991-ci illərdə Oğuz rayon uşaq musiqi məktəbində tar müəllimi kimi işləmişdir.1991-ci ildən isə Oğuz rayon uşaq musiqi məktəbinin direktorudur.

Fortepiano şöbəsinin müdiri: Cəlilova Kəmalə Cəlil qızı

Xalq çalğı alətləri  şöbəsinin müdiri: Umarov Azad Umar oğlu

Nəzəriyyə şöbəsinin müdiri: Əbdürəhimova Pərvanə Xanlar qızı

 


Oğuz şəhəri
Ünvan:
AZ 4800, Oğuz şəhəri, Heydər Əliyev prospekti 68
Telefon:

(+994 24) 215-37-05

E-mail:

bebirov60@mail.ru

 

429.7 KB

 

322.3 KB