Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Siyəzən şəhər Əhliman Ağayev adına Uşaq İncəsənət Məktəbi

Siyəzən şəhər Uşaq İncəsənət Məktəbi 1977-ci ildə Dəvəçi rayonunun musiqi məktəbinin  tərkibində filial kimi fəaliyyətə başlamışdır. 

Siyəzən şəhər Uşaq İncəsənət Məktəbi Azərbaycan SSR Mədəniyyət Nazirinin  27 aprel 1990-cı il tarixli  83-k  nömrəli əmrinə əsasən müstəqil məktəb kimi fəaliyyətə başlamışdır.

Fəxri adı olan müəllimlər:

Bağırov Rəhim Rəhmət oğlu (direktor) – “Fəxri mədəniyyət işçisi” döş nişanı

 

 

Məktəbin direktoru: Bağırov Rəhim Rəhmət oğlu

Bağırov Rəhim Rəhmət oğlu 02.12.1954 cü il Siyəzən şəhərində anadan olmuşdur.1975-ci il Bakı kitabxanaçılıq texnikumunun xalq çalğı alətləri şöbəsini, 1988-ci ildə isə Sumqayıt orta ixtisas texnikumunu, nəfəs və zərb alətləri klarnet üzrə bitirmişdir. 1974-1976-cı il Bakı şəhər 13 saylı məktəbdə müəllim, 1976-1990-cı il Şabran rayon (Dəvəçi rayonu) musiqi məktəbində qarmon müəllimi işləmişdir. 27.04.1990-cı ildən Siyəzən rayon Uşaq İncəsənət məktəbinin direktoru vəzifəsində çalışır.

Ailəlidir: 3 övladı, 9 nəvəsi, hər üç övladı ali təhsillidir.

 

Xalq çalğı alətləri şöbəsinin müdiri:  Lalayev Hacı Həzrətqulu oğlu

Nəzəriyyə şöbəsinin müdiri: Abidova Kəmalə Siracəddin qızı

Fortepiano şöbəsinin müdiri: Nəcəfova Gülnurə Yaqub qızı 

 


Siyəzən şəhəri
Ünvan:
AZ 5300, Siyəzən şəhəri, H.Əliyev küçəsi 1B
Telefon:

(+994 23) 304-04-21

 

1.7 MB