Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Sumqayıt şəhəri Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi

Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsində 1936-cı ildə ildə xüsusi layihə üzrə tikilmiş bina 1982-ci ilin sentyabrından incəsənət məktəbi kimi fəaliyyət göstərmişdir. Sumqayıt Şəhər Xalq Deputatları Soveti Rəyasət Heyətinin 3 aprel 1992-ci il 16 saylı protokolu ilə məktəbə görkəmli dövlət xadimi, tarzən Ə. Bakıxanovun adı verilmişdir. Məktəbin 35 sinif otağı, kitabxanası, 150 nəfərlik konsert zalı var. 

 

Məktəbin direktoru: Vaqif Səttar oğlu Süleymanov 

Süleymanov Vaqif Səttar oğlu, 15.07.1957-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1964-1972-ci illərdə Sumqayıt şəhəri, 12№-li orta məktəbdə təhsil almışdır. 1972-1976-cı illərdə Sumqayıt Orta İxtisas musiqi məktəbində “Tar” ixtisası üzrə təhsil almışdır.1976-1981-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında “Tar” ixtisası üzrə ali ixtisas təhsili almışdır. 05.10.1977-28.09.1981-ci illərdə kimyaçıların S.Vurğun adına Mərkəzi Mədəniyyət sarayında tar müəllimi işləmişdir. 1981-1982-ci illərdə ordu sıralarında qulluq etmişdir. 01.09.1982–ci ildən  S.Rüstəmov adına UİM-də “Tar ” ixtisası üzrə müəllim kimi işə başlamışdır. 1984-cü ildə  həmin məktəbdə “Xalq çalğı alətləri” şöbəsinin müdiri təyin olunmuşdur. 08.09.2010-cu ildə Sumqayıt şəhəri,  Ə.Bakıxanov adına 1-li UİM-nə direktor təyin olunmuşdur. 18.12.2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilmişdir. 

Ailəlidir, 1 övladı var.

 

Tədris işləri üzrə direktor müavini: Gülər Qədir qızı Babayeva

Fortepiano şöbəsinin müdiri: Əntiqə Məlik qızı Babayeva

Ümumi fortepiano şöbəsinin müdiri: Esmira Vaqif qızı Hacıyeva  

Xalq çalğı alətləri şöbəsinin müdiri: Taleh Zakir oğlu Novruzov

Rəssamlıq şöbəsinin müəllimi: Mehriban Həsən qızı Qasımova

Nəzəriyyə şöbəsinin müdiri: Mina Rəhimağa qızı Qədəşova


Sumqayıt şəhəri
Ünvan:
AZ 5022, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Məktəbli küçəsi
Telefon:

(+994 18) 643-00-69

E-mail:

bakixanov-uim@inbox.ru

 

7.1 MB