Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Sumqayıt şəhəri Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi

Sumqayıt Şəhər Bülbül Adına Uşaq Incəsənət Məktəbi 1971-ci ildə uşaq musiqi məktəbi yaradılmışdır.

1971-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 174-saylı əmri ilə Sumqayıt şəhərində 2 nömrəli musiqi məktəbinin açılması qərara alındı. 

1979-cu ildə məktəb üçün əlavə korpus inşa edilmiş, 44 sinif, 2 müdriyyət otağı və 312 nəfərlik geniş zal kollektivin istifadəsinə verilmişdi.

1985-ci ildə musiqi otağı kimi fəaliyyətə başlayan 2 saylı məktəbin nəzdində “Xoreqrafiya”, ”Rəsm” şöbələri açılmaqla Sumqayıt şəhər 2 saylı Uşaq İncəsənət Məktəbinə çevrildi. 3 aprel 1992-ci ildə isə Uşaq İncəsənət Məktəbinə Azərbaycanda peşəkar vokal məktəbinin əsasını qoymuş Azərbaycan Dövlət Konservatoriysının professoru Bülbülün adı verilmişdir.

 

Məktəbin direktoru: Lətafət Həmid qızı Müfidzadə

Müfidzadə Lətafət Həmid qızı 05 iyun 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1962-1970-ci illərdə  orta məktəbdə, 1963-1970-ci illlərdə musiqi məktəbində fortepiano ixtisasl üzrə təhsil almışdır. 1970-1975-ci illərdə Sumqayıt şəhəri orta ixtisas musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil almışdır. 1972-ci ildən Sumqayıt şəhəri Bülbül adına Uşaq  Musiqi Məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsində, 1993-cü ildən Bülbül adına Uşaq İncəsənət məktəbində dərs hissə müdiri vəzifəsində çalışmışdır.1994-cü ildən hal hazıradək Sumqayıt şəhəri Bülbül adına 2 Nli Uşaq İncəsənət Məktəbində direktor vəzifəsində çalışır. 2009-cu ildə “Əməkdar Mədəniyyət İşçisi” adı verilmişdir.

Subaydır.

 

Tədris işləri üzrə direktor müavini: Natiq Abgül oğlu Ağayev

Fortepiano  şöbəsinin müdiri: İradə Ənvər qızı Qədirli

Fortepiano  şöbəsinin müdiri: İradə Səfər qızı Hüseynova

Simli və nəfəsli  alətlər şöbəsinin müdiri: Faiq Balami oğlu Balamıyev

Xalq çalğı alətləri şöbəsinin müdiri: İlham Mirzəmməd oğlu Həsənov

Nəzəriyyə şöbəsinin müdiri: Arzu Çingiz qızı Qurbanova

Tədris köməkçi fənn şöbəsinin müdiri: Aygün Bahadur qızı Ağayeva

Xoreoqrafiya şöbəsinin müdiri: Fəxri  mədəniyyət işçisi Cüməli Şixəli oğlu ​​​​​​​Şixəliyev

Rəssamlıq şöbəsinin müdiri: Firuzə Zakir qızı Rüstəmova


Sumqayıt şəhəri
Ünvan:
AZ 5001, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Koroğlu küçəsi
Telefon:

(+994 18) 642-16-27

E-mail:

latafet@mail.ru

 

2.7 MB