Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Sumqayıt şəhəri Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi

Sumqayıt şəhər Xalq Deputatları Sovetinin sərəncamı ilə 1 sentyabr 1976-cı ildə yaranıb.

Məktəb 1976-cı ildən uşaq musiqi məktəbi kimi yaranmışdir. Məktəbdə ilk dəfə fortepiano, tar, kamança, klarnet, skripka və nağara sinifləri  açılıb. 1992-ci ildən məktəbə Səid Rüstəmovun adı verilmiş, 1995-ci ildən incəsənət məktəbi adlandırılmışdır.

 

Məktəbin direktoru: Əziz Sədi oğlu Əzizov

Əzizov Əziz Sədi oğlu 5 fevral 1959-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1966-cı ildə Sumqayıt şəhər 1 saylı orta məktəbdə, 1971-1976-cı illərdə 23 saylı orta məktəbdə təhsil almışdır. 1976-cı ildə Sumqayıt şəhər S.Hacıbəyov adına orta-ixtisas musiqi məktəbində, 1984-1989-cu illərdə isə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar fakultəsində təhsil almışdır. 1981-1992-ci illərdə  Sumqayıt şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbində tar ixtisası üzrə müəllim, 1992-2011-ci illərdə Səid Rüstəmov adına Uşaq İncəsənət Məktəbində tədris işləri üzrə  direktor müavini vəzifəsində çalışmışdır. 2011-ci ildən məktəbin direktoru vəzifəsində çalışır.

Ailəlidir, 3 övladı var.

 

Tədris işləri üzrə direktor müavini:  Dilbər Ağasəfər qızı Məmmədova

Fortepiano şöbəsinin müdiri: Nəcibə Rafiq qızı Kərimli

Simli və nəfəsli alətlər şöbəsinin müdiri: Lyudmila Yuryevna Əliyeva

Xalq çalğı alətləri şöbəsinin müdiri: Faiq Cahangir oğlu Şıxbabayev

Qarmon və nağara şöbəsinin müdiri: Zəminə Balakərim qızı Bayramova

Ansambl və müşayiət şöbəsinin müdiri: Xuraman Oktay qızı Babayeva

Nəzəriyyə şöbəsinin müdiri: Məmləkət Abdulla qızı Məhərrəmova


Sumqayıt şəhəri
Ünvan:
AZ 5000, Sumqayıt şəhəri, 6-cı mikrorayon, Z.Hacıyev küçəsi ev 1
Telefon:

(+994 18) 654-00-94

E-mail:

seid.rustemov@inbox.ru

 

414.8 KB