Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Şəki şəhər Uşaq İncəsənət Məktəbi

Şəki şəhər Uşaq İncəsənət məktəbi 15 sentyabr 1938-ci ildə yaradılmışdır.

İlk fəaliyyətə başladığı illərdən musiqi məktəbi adı altında, sonradan şəhərdə musiqi məktəblərinin artması ilə əlaqədar 1 saylı yeddi illik musiqi məktəbi adı ilə və nəhayət 1984-cü ildən Şəki Uşaq İncəsənət məktəbi adı ilə fəaliyyətini davam etdirir.

 

Məktəbin direktoru: Eldar Kamran oğlu Rəcəbov

12 aprel 1966-cı il tarixində Şəki şəhərində anadan olmuşdur. 1981-1985-ci illərdə Şəki Orta ixtisas Musiqi Texnikumunun, 1989-1994-cu illərdə isə  Üzeyir  Hacıbəyov adına Bakı Musiqi Akademiyasının (qiyabi) Xalq çalğı alətləri şöbəsində tar ixtisası üzrə təhsil almışdır. 1987-ci ildən Şəki şəhər 3 saylı uşaq musiqi məktəbində tar müəllimi kimi əmək fəalliyətinə başlamışdır. 2015–ci ildə Şəki şəhər Turan qəsəbə musiqi məktəbinə direktor təyin edilmişdir. 16 aprel 2016-ci il tarixdən isə Şəki Uşaq İncəsənət məktəbində direktor vəzifəsində çalışır.

 

Tədris işləri üzrə direktor müavini: Etibar Yavər oğlu Abbasov

Fortepiano şöbəsinin müdiri: Aynur Əsgər qızı Qocayeva

Xalq çalğı alətləri şöbəsinin müdiri: İlqar Tofiq oğlu Mikayılov

Rəssamlıq şöbəsinin müdiri: Səbuhi Məmməd oğlu Məmmədov

Nəzəri fənlər üzrə şöbə müdiri: Fərdanə Əjdər qızı Məlikova

 

 


Şəki şəhəri
Ünvan:
AZ 5500, Şəki şəhəri, Calğalı – bulaq küçəsi 57
Telefon:

(+994 24) 244-24-54

E-mail:

usaq.incesenet.2016@gmail.com

 

172.7 KB

 

133.9 KB

 

101.3 KB