Şirvan şəhər Uşaq Musiqi Məktəbi 1961-ci ildən 50-60 şagird, 16 müəllim və 12 sinif otağı ilə fəaliyyətə başlamışdır.Məktəb fəaliyyətə başladığı ildən hazırkı dövrə kimi uyğunlaşdırılmış binada yerləşir. Məktəbdə fortepiano, xalq çalğı alətləri və nəzəriyyə şöbələri mövcuddur.
Fəxri ada layiq görülmuş müəllim: Hacıyeva Şəfaqət Mirzəcan qızı - əməkdar mədəniyyət işçisi - 2013-cü il 06 avqust tarixli 3041 nömrəli sərəncam.
Məktəbdə fəaliyyət göstərmiş direktorlar:
Əbülfət Siyasət oğlu İsmayılov 14.07.1969-cu ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuşdur. 1992-ci ildə Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbini klarnet ixtisası üzrə bitirmişdir. 2017-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına İnstrumental İfaçılıq fakültəsinin klarnet ixtisası üzrə qəbul olmuş, hal-hazırda 3-cü kursda təhsilini davam etdirir. 1987-2011-ci illərdə Şirvan şəhər Uşaq Musiqi Məktəbində klarnet ixtisası üzrə müəllim, 2011-2019-cu illərdə həmin məktəbin tədris işləri üzrə direktor vəzifəsində işləmiş, 2019-cu ildən hal-hazıradək Şirvan şəhər Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində calışır.
Ailəlidir, 2 övladı var.
Tədris işləri üzrə direktor müavini: Xədicə Fərhad qızı Hacıyeva
(+994 21) 215-45-78
shirvan.umm@mail.ru