Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Şirvan şəhər Uşaq Musiqi Məktəbi

Şirvan  şəhər  Uşaq Musiqi  Məktəbi 1961-ci ildən 50-60 şagird, 16 müəllim və 12 sinif otağı ilə fəaliyyətə başlamışdır.Məktəb fəaliyyətə başladığı ildən hazırkı dövrə  kimi uyğunlaşdırılmış binada yerləşir. Məktəbdə fortepiano, xalq çalğı alətləri və nəzəriyyə şöbələri mövcuddur. 

Fəxri ada layiq görülmuş müəllim: Hacıyeva Şəfaqət Mirzəcan qızı - əməkdar mədəniyyət işçisi - 2013-cü il 06 avqust tarixli 3041 nömrəli sərəncam.

Məktəbdə fəaliyyət göstərmiş direktorlar:

  1. Aydın Babayev:  1961 – 1964 – cü illər
  2. Camal Qasımov:  1964 – 1970 – ci illər
  3. Miryusif Manafov: 1970 – 1974 – cü illər
  4. Elmar Hacıyev: 1974 – 1979 –cu illər
  5. Oktay Həsənov: 1979 – 1983 – cü illər
  6. Nazim Kazımov: 1983 – 1992 – ci illər
  7. Adil İsrafilov:  1992 (fevral)  –1992  (avqust)
  8. Mübariz Dadaşov: 1992 – ci ildən 2019-cu illər

 

Məktəbin direktoru: Əbülfət Siyasət oğlu İsmayılov

Əbülfət Siyasət oğlu İsmayılov 14.07.1969-cu ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuşdur. 1992-ci ildə Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbini klarnet ixtisası üzrə bitirmişdir. 2017-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına İnstrumental İfaçılıq fakültəsinin klarnet ixtisası üzrə qəbul olmuş, hal-hazırda 3-cü kursda təhsilini davam etdirir. 1987-2011-ci illərdə Şirvan şəhər Uşaq Musiqi Məktəbində klarnet ixtisası üzrə müəllim, 2011-2019-cu illərdə həmin məktəbin tədris işləri üzrə direktor vəzifəsində işləmiş, 2019-cu ildən hal-hazıradək Şirvan şəhər Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində calışır.

Ailəlidir, 2 övladı var.

 

Tədris işləri üzrə direktor müavini: Xədicə Fərhad qızı Hacıyeva

Fortepiano şöbəsinin müdiri: Şəfaqət Mirzəcan qızı Hacıyeva

Xalq çalğı alətləri şöbəsinin müdiri: Daşqın Sahib oğlu Gülmalıyev

Nəzəriyyə şöbəsinin müdiri: Nailə Təyyar qızı Rəhimova

 


Şirvan şəhəri
Ünvan:
AZ 1800, Şirvan şəhəri, Energetik küçəsi 14
Telefon:

(+994 21) 215-45-78

E-mail:

shirvan.umm@mail.ru

 

882.1 KB

 

948.1 KB

 

1.1 MB