Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Şirvan şəhər Uşaq Musiqi Məktəbi

Şirvan  şəhər  Uşaq Musiqi  Məktəbi 1961-ci ildən 50-60 şagird,16 müəllim və 12 sinif otağı ilə fəaliyyətə başlamışdır.Məktəb fəaliyyətə başladığı ildən hazırkı dövrə  kimi uyğunlaşdırılmış binada yerləşir. Məktəbdə fortepiano, xalq çalğı alətləri və nəzəriyyə şöbələri mövcuddur. Məktəbdə 8 ixtisas  üzrə  424 şagird  təhsil alır.

Fəxri ada layiq görülmuş müəllim:  Hacıyeva Şəfaqət Mirzəcan qızı - əməkdar mədəniyyət işçisi - 2013-cü il 06 avqust tarixli 3041 nömrəli sərəncam.

Məktəbdə fəaliyyət göstərmiş direktorlar:

  1. Aydın Babayev:  1961 – 1964 – cü illər
  2. Camal Qasımov:  1964 – 1970 – ci illər
  3. Miryusif Manafov: 1970 – 1974 – cü illər
  4. Elmar Hacıyev: 1974 – 1979 –cu illər
  5. Oktay Həsənov: 1979 – 1983 – cü illər
  6. Nazim Kazımov: 1983 – 1992 – ci illər ( Hal – hazırda  Milli Konservatoriya Nəzdində Musiqi Kollecinin direktoru)
  7. Adil İsrafilov:  1992 (fevral)  –1992  (avqust)
  8. Mübariz Dadaşov:  1992 – ci ildən 2019-cu illər

Məktəbin direktoru: İsmayılov Əbülfət Siyasət oğlu

Əbülfət Siyasət oğlu İsmayılov 14.07.1969-cu ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuşdur. 1992-ci ildə Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbini klarnet ixtisası üzrə bitirmişdir. 2017-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına İnstrumental İfaçılıq fakültəsinin klarnet ixtisası üzrə qəbul olmuş, hal-hazırda 3-cü kursda təhsilini davam etdirir. 1987-2011-ci illərdə Şirvan şəhər Uşaq Musiqi Məktəbində klarnet ixtisası üzrə müəllim, 2011-2019-cu illərdə həmin məktəbin tədris işləri üzrə direktor vəzifəsində işləmiş, 2019-cu ildən hal-hazıradək Şirvan şəhər Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində calışır.

Ailəlidir, 2 övladı var.

Direktor müavini: Hacıyeva Xədicə Fərhad qızı

Fortepiano şöbəsinin müdiri: Hacıyeva Şəfaqət Mirzəcan qızı

Xalq çalğı alətləri şöbəsinin müdiri: Gülmalıyev Daşqın Sahib oğlu

Nəzəriyyə şöbəsinin müdiri: Rəhimova Nailə Təyyar qızı

 


Şirvan şəhəri
Ünvan:
AZ 1800, Şirvan şəhəri, Energetik küçəsi 14
Telefon:

(+994 21) 215-45-78

E-mail:

shirvan.umm@mail.ru

 

882.1 KB

 

948.1 KB

 

1.1 MB