Məktəb Bülbülün təşəbüssü ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il tarixli qərarı ilə yaradılmışdır. Həmin tarixdən 1984-cü ilə kimi Şuşa Şəhər Uşaq Musiqi Məktəbi adlanmışdır. 1984-cü ildən məktəb Şuşa Şəhər Uşaq İncəsənət Məktəbi adlandırılmış və həmin tarixdən Niyazinin adını daşıyır. Məktəb hal-hazırda Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” massivində, keçmiş uşaq bağçası binasının ayrıca korpusunda fəaliyyət göstərir.
Məktəbin binası 400 kv.m., həyətyani sahəsi isə 80,55 kv.m. ərazini əhatə edir. Məktəbin binası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin balansındadır.
Məktəbin direktoru: Mirkamil Mirkalam oğlu Ağamirov
1955-ci il yanvar ayının 8-də Şuşa şəhərində anadan olub. 1961-ci ildə H.Haciyev adına Şuşa şəhər 4 nömrəli orta məktəbin I sinfinə gedib. 1966-cı ildə Şuşa şəhər uşaq musiqi məktəbinin tar sinfinə qəbul olub. 1971-ci ildə orta məktəbi və musiqi məktəbini bitirib. Həmin il Xankəndi Musiqi Texnikumuna qəbul olub. 1975-ci ildə həmin texnikumu tar ixtisası üzrə bitirib. 1974-cü ildən Şuşa Musiqi Məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1975-ci ildən 1985-ci ilə kimi məktəbin xalq çalğı alətləri şöbəsinə rəhbərlik edib. 1985-ci ildən 2005-ci ilə kimi məktəbin tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 2005-ci ildən 2010-cu ilə qədər Bülbülcan adına Şuşa şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin direktoru olub. 2010-cu ildən hal-hazıra qədər Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət Məktəbinin direktorudur.
1981-1986-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin Mədəni-Maarif fakultəsində qiyabi təhsil alıb. 2003-cü ildən YAP üzvüdür. Məktəb üzrə ilk partiya təşkilatının sədridir.
2003-cü ildə məktəbin 70 illiyi münasibətilə «Şuşa Musiqi Məktəbi» adlı ilk kitabı nəşr olunub. 2013-cü ildə məktəbin 80 illiyi yubileyi ilə əlaqədar “Nəğmə dolu Şuşam məmin” adlı kitabı işıq üzü görüb. 2018-ci ildə “100 yaşın zirvəsindən geriyə boylananda” kitabı nəşr olunub.
Tədris işləri üzrə direktor müavini: Amil Talış oğlu Məmmədov
Fortepiano şöbəsinin müdiri: Aygün Qorxmaz qızı Əsədova
Xalq çalğı alətləri şöbəsinin müdiri: Etibar Biliş oğlu Əliyev
(+994 12) 478-36-25
a.mirkamil@mail.ru