Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbi

Məktəb  Bülbülün  təşəbüssü  ilə Azərbaycan  SSR Xalq  Maarif  Komissarlığının 10  oktyabr  1932-ci  il  tarixli  qərarı  ilə  yaradılmışdır.  Həmin  tarixdən  1984-cü  ilə  kimi Şuşa  Şəhər  Uşaq Musiqi  Məktəbi  adlanmışdır.  1984-cü  ildən  məktəb  Şuşa  Şəhər  Uşaq  İncəsənət  Məktəbi  adlandırılmış və  həmin  tarixdən  Niyazinin  adını  daşıyır.  Məktəb  hal-hazırda  Suraxanı  rayonu, Yeni  Günəşli  qəsəbəsi  “V” massivində,   keçmiş uşaq bağçası  binasının  ayrıca  korpusunda  fəaliyyət  göstərir.

Məktəbin  binası   400  kv.m.,   həyətyani  sahəsi isə 80,55 kv.m. ərazini  əhatə  edir. Məktəbin  binası  Bakı  şəhəri  Suraxanı  rayonu  İcra  Hakimiyyətinin  balansındadır. 

        Məktəbin direktoru: Mirkamil Mirkalam oğlu Ağamirov

        1955-ci il yanvar  ayının 8-də Şuşa şəhərində  anadan  olub. 1961-ci ildə H.Haciyev adına Şuşa şəhər 4 nömrəli orta  məktəbin I sinfinə  gedib. 1966-cı ildə  Şuşa şəhər uşaq musiqi məktəbinin tar sinfinə qəbul olub.  1971-ci ildə  orta məktəbi və  musiqi  məktəbini  bitirib. Həmin il  Xankəndi Musiqi Texnikumuna qəbul olub. 1975-ci ildə  həmin texnikumu  tar  ixtisası üzrə bitirib.  1974-cü ildən  Şuşa Musiqi Məktəbində  müəllim  kimi  əmək  fəaliyyətinə  başlayıb.  1975-ci ildən  1985-ci ilə  kimi  məktəbin  xalq  çalğı alətləri  şöbəsinə  rəhbərlik edib.  1985-ci ildən 2005-ci ilə  kimi məktəbin tədris işləri üzrə direktor  müavini  vəzifəsində  çalışıb. 2005-ci  ildən  2010-cu  ilə  qədər  Bülbülcan adına Şuşa şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin direktoru olub. 2010-cu  ildən hal-hazıra  qədər  Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət Məktəbinin direktorudur.

        1981-1986-cı  illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin Mədəni-Maarif fakultəsində qiyabi  təhsil alıb.  2003-cü ildən   YAP  üzvüdür. Məktəb üzrə  ilk partiya təşkilatının   sədridir. 

         2003-cü  ildə  məktəbin 70  illiyi   münasibətilə «Şuşa Musiqi Məktəbi» adlı ilk kitabı nəşr olunub. 2013-cü ildə məktəbin 80 illiyi yubileyi ilə əlaqədar “Nəğmə dolu Şuşam məmin” adlı kitabı  işıq üzü görüb. 2018-ci ildə “100 yaşın zirvəsindən geriyə  boylananda” kitabı nəşr olunub.  Bu yaxınlarda isə  “Ölürəm Şuşada ölməkdən ötrü” adlı dördüncü kitabı nəşr olunacaq.

        Direktor müavini: Amil Talış oğlu Məmmədov

        1967-ci il  aprel ayının 12-də Şuşa şəhərində anadan olub.1983-1989-cu illərdə Şuşa Musiqi Texnikumunda kamança ixtisası üzrə təhsil alıb. Elə həmin ildən Şuşa rayon Xanalılar kənd uşaq  musiqi məktəbində əmək  fəaliyyətinə başlayıb.  1990-2010-cu illərdə Şuşa rayon Quşçular kənd uşaq musiqi məktəbinin direktor olub. 2010-cu ildən hal-hazıra qədər Niyazi adına   Şuşa  Şəhər  Uşaq  Incəsənət  Məktəbində tədris işləri üzrə direktor müavinidir.


Şuşa şəhəri
Ünvan:
AZ 1131, Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, “V massivi”
Telefon:

(+994 12) 478-36-25

E-mail:

a.mirkamil@mail.ru

 

141.5 KB

 

1.9 MB

 

1.1 MB