Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Şuşa şəhər Bülbülcan adına Uşaq Musiqi Məktəbi

Bülbülcan adına Şuşa şəhər Uşaq Musiqi məktəbi 1990-cı il avqust ayında Azərbaycanın Şuşa şəhərində yaradılmışdır. 1992-ci ildən Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra məktəbimiz Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi-15 ünvanında yerləşən Hacı Zeynalabdin Tağıyev adına 123 saylı tam orta məktəbin binasında fəaliyyətini davam etdirir.

Məktəbin binası Bakı təhsil idarəsinin balansındadır. Binanın ümumi sahəsi 520 kvm, həyətyanı sahə 2700 kvm, tədris binası 750 kvm-dir. 

 

Məktəbin direktoru: Raqif Qara oğlu Məhərrəmov

Məhərrəmov Raqif Qara oğlu 1962-ci il sentyabr ayının 4-də  Şuşa şəhərində anadan olmuşdur. 1969-cu ildə Hüsü Hacıyev  adına Şuşa şəhər 4 №-li orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1973-cu ildə orta məktəblə yanaşı Seyid Şuşinski adına Şuşa şəhər uşaq musiqi məktəbinə tar ixtisası üzrə təhsil almağa başlamışdır. 1978-ci ildə orta məktəbin 9-cu sinfini bitirib M.M.Nəvvab adına Şuşa orta ixtisas musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinə qəbul olmuş, 1981ci ildə Gəncə şəhərində keçirilən xalq çalğı alətləri üzrə Respublika müsabiqəsində III yerə layiq görülərək laureat adını qazanmışdır. 1982-ci ildə Şuşa orta ixtisas musiqi məktəbini bitirib Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri fakultəsinə qəbul olmuşdur. 1989-cu ildə  Azərbaycan Dövlət Konservatoriyasını bitirib təyinatı üzrə Şuşa orta ixtisas musiqi məktəbinə tar ixtisası üzrə müəllim təyin olmuşdur. 2010-cu ilin oktyabr ayında Bülbülcan adına Şuşa şəhər uşaq musiqi məktəbinə direktor təyin olunmuş və hal-hazıradək həmin məktəbin direktoru vəzifəsində çalışır.

Ailəlidir, 1 övladı var.

 

Fortepiano şöbəsinin müdiri: Bədurə Əkbər qızı Bəyazlıoğlu

Xalq çalğı alətləri şöbəsinin müdiri: Xodayev Aqşin Bəxtəvər oğlu

Nəzəriyyə şöbəsinin müdiri: Qasımova Fəridə Əhliman qızı

 


Şuşa şəhəri
Ünvan:
AZ 1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi 7
Telefon:

(+994 12) 554-99-68

E-mail:

Bulbulcan.Shusha@outlook.com

Raqifmeherremov@yandex.ru

 

2.1 MB

 

2.1 MB