Şuşa rayon Xəlfəli kənd uşaq musiqi məktəbi 1989-cu ildən fəaliyyətə başlamışdır.Məlum məsələlərlə əlaqədar Şuşa rayon Xəlfəli kənd uşaq musiqi məktəbi Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov 13 ünvanında 284№ li tam orta məktəbin nəzdində fəaliyyət göstərir.
Məktəbin direktoru: Salman Ərşad oğlu Ağalarov
Ağalarov Salman Ərşad oğlu 16 fevral 1965-ci il Şuşa şəhərində anadan olmuşdur. Ü.Hacıbəyov adına 1 №-li Orta məktəbin ilk orta təhsilini almışdır. 1974-1980-ci illərdə S.Şuşinski adına Şuşa Musiqi Məktəbinin xalq çalğı alətləri şöbəsinin tar ixtisası üzrə təhsil almışdır. 1980-1987-ci illərdə DQMV-nin Əsgəran rayonun Musiqi məktəbində Tar müəllimi vəzifəsində çalışmışdır. 1988-2010-cu illərdə Şuşa rayonun Malıbəyli kənd uşaq musiqi məktəbində direktor vəzifəsində çalışmışdır. 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unverstetində təhsil almışdır. 2010-cu ildən hal hazıradək Şuşa rayon Xəlfəli kənd uşaq musiqi məktəbində direktor vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.
Fortepiano şöbəsinin müdiri: Günay Xaliq qızı Fərzəliyeva
Xalq çalğı alətləri şöbəsinin müdiri: Zahir Nürəddin oğlu Əliyev
Nəzəriyyə şöbəsinin müdiri: Aytən Rövşən qızı Həşimova
salman_agalarov@mail.ru