Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Şuşa rayon Qaladərəsi kənd Uşaq Musiqi Məktəbi

Şuşa rayonu Qaladərəsi kənd uşaq musiqi məktəbi 1990-cı ilin sentyabr ayında Şuşa rayonunun Qaladərəsi kəndində fəaliyyətə başlamışdır 1992-ci ildən məlum Qarabağ hadisələrindən sonra Mədəniyyət Nazirliyinin 11 dekabr 1992-ci il 269 N-li əmri ilə Bakı şəhəri Nizami rayonu R. Rüstəmov 35 ünvanında yerləşən 33 saylı musiqi məktəbində fəaliyyət göstərmişdir.     

 

Məktəbin direktoru: Mirzağa  Tapdıq oğlu Zeynalov

Zeynalov Mirzağa  Tapdıq oğlu  Şuşa şəhərində anadan olmuşdur. 1967-ci ildə Ü.Hacıbəyov adına 1№-li orta məktəbin 4-ci sinifə qəbul olmuşdur.1968-ci ildə Şuşa Uşaq Musiqi məktəbinin F-no sinfinin I-ci sinfinə qəbul olmuş, 1979-cu ildə buranı bitirib Ü.Hacıbəyov  adına  Azərbaycan Dövlət Konservatoriyasının Fo-no şöbəsi üzrə  I-ci kursa qəbul olmuşdur. 1984-cu ildə Konservatoriyanı bitirib Şuşa rayon uşaq musiqi məktəbində Fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir. 2010-cu ilin oktyabr ayında Şuşa rayon Qaladərəsi kənd uşaq musiqi məktəbinə direktor təyin olunmuş və hal-hazıradək həmin məktəbin direktoru vəzifəsində çalışır.

Ailəlidir, 3 övladı var.

 

Fortepiano şöbəsinin müdiri: Tünzalə Sabir qızı Məmmədli

Nəzəriyyə şöbəsinin müdiri: Arzu Niyazi qızı Rəsulova

Xalq çalğı alətləri şöbəsinin müdiri: Cəmilə İnqilab qızı Məmmədova                                                          


Şuşa şəhəri
Ünvan:
Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 (Şuşa şəhər 1 saylı orta məktəb)
E-mail:

qaladeresi@gmail.com

 

1.8 MB