Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Bakı şəhəri Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi

Bakı şəhəri , Nizami r-nu T.Abbasov küçəsi , 71 saylı ünvanda yerləşən R.Hacıyev adına 15 №-li onbirillik Musiqi məktəbi Azərbaycan SSRİ Nazirlər kabinetinin 15 sentyabr 1960-cı il , 751 saylı qərarı və Bakı şəhər sovetinin 49 saylı protokolunun 1129-cu bəndinə əsasən , 11 oktyabr 1960-cı ildən  fəaliyyət göstərir .

Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Polad Bülbül oğlunun 30 avqust 2002-ci il  tarixli 283 saylı əmrinə əsasən məktəbə SSRİ Xalq artisti, bəstəkar və ictimai xadim Rauf Hacıyevin adı verilmişdir.

Rauf Hacıyev adına 15№-li onbirillik Musiqi məktəbi 01 sentyabr 2010-cu il tarixindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 347 № -li əmri ilə  11illik təhsil sisteminə keçmişdir.

Məktəbin ümumi sahəsi 250kv.m-dir, 16 sinif otağı və 70 nəfərlik konsert zalı var.

   

Məktəbinin direktoru: Almaz Fəxrəddin qızı Əhmədova

08.09.1980-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Bakı Musiqi Akademiyasını orqan ixtisası üzrə bitirib. 1999-2009-cu illərdə Bakı şəhər Cövdət Hacıyev adına 3 nömrəli Uşaq Musiqi Məktəbində müəllim, 2009-2011-ci illərdəRəşid Behbudov adına2 nömrəliOnbirillik Musiqi Məktəbində müəllim, 2011-2014-cü illərdə Bakı şəhərNiyaziadına 22 nömrəli Uşaq Musiqi Məktəbində tədris işləri üzrə direktor müavini, 2014-2019-cu illərdə Bakı şəhər Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində direktor vəzifəslərində işləmişdir. 13.03.2019-cu ildən Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəliOnbirillik musiqi məktəbində direktor vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var.

 

Fəxri ada layiq görülən müəllimlər:

1. Tamilla Fəsi qızı Məmmədova- Əməkdar mədəniyyət işçisi

 

Tədris işləri üzrə direktor müavini: Nurlana Əliqismət qızı Əsədova

Fortepiano şöbəsinin müdiri: Təranə Məmmədhüseyn qızı Nəzərova

Simli və nəfəs alətləri şöbəsinin müdiri: Ülviyyə Ziyafəddin qızı Babayeva

Xalq çalğı alətləri şöbəsinin müdiri: Lalə Sabir qızı Quliyeva

Nəzəriyyə şöbəsinin müdiri: Sədaqət Haşım qızı Novruzova

 


Bakı şəhəri
Ünvan:
AZ 1060, Nizami rayonu, T.Abbasov küçəsi 71
Telefon:

(+994 12) 421-11-69

E-mail:

Rauf_haciyev15@mail.ru

Url:
15.music-school.az

 

10.9 KB