Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər

Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi

Bakı şəhəri , Nizami r-nu T.Abbasov küçəsi , 71 saylı ünvanda yerləşən R.Hacıyev adına 15 №-li onbirillik Musiqi məktəbi Azərbaycan SSRİ Nazirlər kabinetinin 15 sentyabr 1960-cı il , 751 saylı qərarı və Bakı şəhər sovetinin 49 saylı protokolunun 1129-cu bəndinə əsasən , 11 oktyabr 1960-cı ildən  fəaliyyət göstərir .

    Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Polad Bülbül oğlunun 30 avqust 2002-ci il  tarixli 283 saylı əmrinə əsasən məktəbə SSRİ Xalq artisti, bəstəkar və ictimai xadim Rauf Hacıyevin adı verilmişdir.

  Rauf Hacıyev adına 15№-li onbirillik Musiqi məktəbi 01 sentyabr 2010-cu il tarixindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 347 № -li əmri ilə  11illik təhsil sisteminə keçmişdir.

    Məktəbin ümumi sahəsi 250kv.m-dir, 16 sinif otağı və 70 nəfərlik konsert zalı var.

   Məktəbin direktoru :     Babayev Nadir Davud oğlu.


Bakı şəhəri
Ünvan:
AZ 1060, Nizami rayonu, T.Abbasov küçəsi 71
Telefon:

(+994 12) 421-11-69

E-mail:

Rauf_haciyev15@mail.ru

Url:
15.music-school.az

 

10.9 KB