Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Şuşa rayon Turşsu kənd Uşaq Musiqi Məktəbi

Şuşa rayon Turşsu kənd uşaq musiqi məktəbi 1989-cu ildə Şuşa şəhəri Turşsu qəsəbəsində açılmışdır.Hal-hazırda məktəb Bakı şəhəri Binəqədi rayon Fatmayı bağları Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin “Rabitəçi” sağlamlıq düşərgəsində fəaliyyət göstərir.

Məktəb  özünə məxsus olan 3 sinifdən ibarət binadan və Şuşa rayon 9 saylı tam orta məktəbin binasının 12 sinifindən istifadə edir. Sinif otaqlarının ümumi sayı 15-dir. Inzibati otaqlar və zal yoxdur.  Məktəbin ümumi sahəsi 400 kv m, həyətyanı sahəsi isə 2000 kv m-dir. 

 

Məktəbin direktoru: İlham Əjdər oğlu Həsənov

Həsənov İlham Əjdər oğlu  5 iyul 1960-cı ildə Şuşa şəhərində anadan olmuşdur. 1967-ci ildə Şuşa şəhər 4 saylı orta məktəbin birinci sinifinə qəbul olmuşdur. 1976-1980-ci illərdə Şuşa şəhər orta ixtisas musiqi məktəbində tar ixtisası üzrə təhsil alıb, təyinat üzrə Cəbrayıl rayonu uşaq musiqi məktəbində Tar müəllimi vəzifəsində işləməyə başlamışdır. 1987-cı ildə təyinat müddətin başa vurub, 1 Sentyabr 1987-cı ildə Şuşa rayon Malbəyli kənd uşaq musiqi məktəbində Tar müəllimi vəzifəsində çalışmağa başlamışdır. 01 Sentyabr 1988-ci il tarixindən Şuşa rayon  Xəlfəli kənd uşaq musiqi məktəbində direktor vəzifəsində, 2011-ci ildən hal hazıradək isə Şuşa rayon Turşsu kənd uşaq musiqi məktəbində direktor vəzifəsində çalışır.

Ailəlidir, 4 övladı  var.

 

Fortepiano şöbəsinin müdiri: İlhamə Altay qızı Əzimova

Xalq çalğı alətləri şöbəsinin müdiri: Kərim Əhəd oğlu Məmmədov

Nəzəriyyə şöbəsinin müdiri: Səadət Şakir qızı Əhmədova

 


Şuşa şəhəri
Ünvan:
AZ 0122, Bakı şəhəri, Abşeron rayonu, Fatmayı kəndi (“Rabitəçi” sağlamlıq düşərgəsi)
Telefon:

(+994 12) 340-23-89

E-mail:

ilhamhasanov.60@gmail.com