Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbi

Mədəniyyət Nazirliyinin 24 sentyabr 1984-cü il tarixli 410 saylı əmrinə əsasən Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbi fəaliyyətə başlamışdır. Həmin illərdə məktəbdə fortepiano, tar, qarmon və saz sinifləri fəaliyyət göstərirdi. Sonra fəaliyyəti genişləndirilərək 1997-ci ildə səs sinfi açılmışdır. Hal-hazırda məktəbdə fortepiano, tar, qarmon, saz və xanəndəlik ixtisasları üzrə 90 şagird təhsil alır və onlara 25 nəfər müəllim dərs keçir.
Məktəbin yerləşdiyi bina 1967-ci ildə inşa edilib. Bina ikimərtəbəlidir və sahəsi 650 kv.m-dir. 415 kv.m-i musiqi məktəbinin, 235 kv.m isə uşaq baxçasının istifadəsindədir. Məktəb cəmi 15 otaqdan ibarətdir.

 

 

Direktor: Akif Mustafa oğlu Qarayev

Akif Mustafa oğlu Qarayev 01.07.1955-ci ildə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olmuşdur. 1981-ci ildə Q.Hüseynli adına Gəncə musiqi məktəbini qarmon ixtisası üzrə bitirmişdir. 1971-ci ildən 1984-cü ilədək Tovuz şəhər Uşaq musiqi məktəbində qarmon müəllimi, 1984-cü ildən 1988-ci ilədək axşam şöbəsində tədris hissə müdiri, 1988-ci ildən Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbində direktor vəzifəsində çalışır.

 

Tədris işləri üzrə direktor müavini: Nağıyev Xəyal Qurban oğlu 

Fortepiano şöbəsinin müdiri (ictimai əsaslarla): Umudova Arifə Fərman qızı

Xalq çalğı alətləri şöbəsinin müdiri (ictimai əsaslarla): Məmmədov Anar Nazim oğlu 

Nərəriyyə şöbəsinin müdiri (ictimai əsaslarla): Rəsulova Esmira Nazim qızı 

 


Tovuz şəhəri
Ünvan:
AZ 6028, Tovuz rayonu, Düz Qırıqlı kəndi
E-mail:

akif.qarayev.55@mail.ru

 

142.5 KB

 

1.1 MB