1990-cı ildə Yevlax şəhəri Kommunist küçəsi 50 saylı ünvanda fəaliyyətə başlayıb. Binanın yararsız vəziyyətə düşməsi ilə əlaqədar 2006-cı ildən Yevlax şəhəri C.Mustafayev 57 saylı ünvanda, Yevlax şəhər Statistika İdarəsinin binasının I mərtəbəsində fəaliyyət göstərir.
Məktəbin direktoru: Allahverdi Hacıbəy oğlu Cəbrayılov
Cəbrayılov Allahverdi Hacıbəy oğlu 03.06.1963–cü ildə Yevlax şəhərində anadan olmuşdur. 01.08.1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakultəsinin, özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisası üzrə bitirmişdi.
01.09.1984-cü il tarixində Hava Limanında olan Həmkarlar İttifaqının nəzdində fəaliyyət göstərən mədəniyyət evində bədii rəhbər vəzifəsində, 1989-cu il tarixindən 1997-ci ilədək Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən şəhər klubunda müdir vəzifəsində işləmişdir. 1997-ci ildən 2000-ci ilədək Yevlax şəhər Mədəniyyət Mərkəzində direktor vəzifəsində işləmişdir. 2000-ci il may ayından 2004-cü ilin aprel ayına kimi Yevlax rayon Aşağı Qarxun kənd uşaq musiqi məktəbində direktor vəzifəsində, 2004-cü ilin aprel ayından 2008-ci ilədək həmin məktədə tar müəllimi işləmişdir. 2008-ci ilin may ayından Yevlax şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin direktor vəzifəsində çalışır.
Tədris işləri üzrə direktor müavini: Sahib Asim oğlu Bayramov
Fortepiano şöbəsinin müdiri: Nərgiz Həsən qızı Həsənova
Xalq çalğı alətləri şöbəsinin müdiri: Vüqar Mustafa oğlu Mustafayev
Nəzəriyyə şöbəsinin müdiri: Sahilə Surxay qızı Quliyeva
(+994 22) 336-04-80
2sayli-umm@mail.ru