Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Yevlax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi

1990-cı ildə Yevlax şəhəri Kommunist küçəsi 50 saylı ünvanda fəaliyyətə başlayıb. Binanın yararsız vəziyyətə düşməsi ilə əlaqədar 2006-cı ildən Yevlax şəhəri C.Mustafayev 57 saylı ünvanda, Yevlax şəhər Statistika İdarəsinin binasının I mərtəbəsində fəaliyyət göstərir.

Məktəbin direktoru:Cəbrayılov Allahverdi Hacıbəy oğlu

Cəbrayılov Allahverdi Hacıbəy oğlu 03.06.1963–cü ildə Yevlax şəhərində anadan olmuşdur. 01.08.1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif  fakultəsinin, özfəaliyyət  teatr kollektivinin rəhbəri ixtisası üzrə bitirmişdi.

01.09.1984-cü il tarixində Hava Limanında olan Həmkarlar İttifaqının nəzdində fəaliyyət göstərən mədəniyyət evində bədii rəhbər vəzifəsində,1989-cu il tarixindən 1997-ci ilədək  Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən şəhər klubunda müdir vəzifəsində işləmişdir. 1997-ci ildən 2000-ci ilədək Yevlax şəhər Mədəniyyət Mərkəzində direktor vəzifəsində işləmişdir. 2000-ci il may ayından 2004-cü ilin aprel ayına kimi Yevlax rayon Aşağı Qarxun kənd uşaq musiqi məktəbində direktor vəzifəsində, 2004-cü ilin aprel ayından 2008-ci ilədək həmin məktədə tar müəllimi  işləmişdir. 2008-ci ilin may ayından Yevlax şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin direktor vəzifəsində çalışır.

           


Yevlax şəhəri
Ünvan:
AZ 6600, Yevlax şəhəri, C.Mustafayev küçəsi 57
Telefon:

(+994 22) 336-04-80

E-mail:

2sayli-umm@mail.ru

 

2.2 MB

 

2.2 MB