UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər

Zərdab şəhər Uşaq İncəsənət Məktəbi

Zərdab  Rayon  Uşaq  İncəsənət  məktəbi  1965 – ci ildən fəaliyyətə    başlamışdır. Həmin dövrdə  2  ixtisas  üzrə  Fortepiano  və  Tar  ixtisasları  üzrə  fəaliyyət  göstərmişdir. Məktəbdə  8  sinif  otağı və 6 müəllim fəaliyyət  göstərirdi. İllər  keçdikcə  bu  sahəyə  maraq       daha  çox  yaranmış  və  hal-hazırda Zərdab  Rayon  Uşaq  İncəsənət  məktəbində  8 ixtisas  üzrə  dərslər  tədris  olunur ki, bunlar  fortepiano, tar, kamança , qarmon, nağara  , xanəndəlik ,təsviri-incəsənət  və  xoreoqrafiya  ixtisaslarıdır. Məhz bu  ixtisaslar  üzrə  çalışan  müəllimlərin  sayəsində  məktəbə maraq  dairələrin artırılması  nəticəsində  şagird  kontingenti  350 nəfərə  çatdırılmışdır.Bu   şagirdlərlə  ixtisaslar  üzrə  88  müəllim  məşğul  olur  ki , bunlar da  Ali  və  Orta  ixtisas  təhsillidirlər.

1965 – ci ildən  2009 – cu  ilədək    məktəb  əsaslı  təmirə  ehtiyacı  olan  binada  fəaliyyət  göstərirdi . Çox  sevindirici  haldır ki  2009-cu   ildə  Zərdab  Rayon  Uşaq  İncəsənət  məktəbi  yəni  müasir  standartlara  cavab  verən  müasir  tipli  bina  ilə  təmin  edildi. Məktəbin müəllimləri Respublika  səviyyəli  müsabiqələrdə  iştirak  etmək  üçün  şagirdlər   yetişdirmiş   və  müsabiqələrdə   bir  çox  naliyyətlər  əldə  etmişdir.    

 


Zərdab şəhəri
Ünvan:
AZ 6300, Zərdab şəhəri, Zərdabi küçəsi 75
Telefon:

(+994 20) 296-62-39

E-mail:

zerdabusaq@mail.ru

 

5 MB

 

5 MB

 

8.4 MB