Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Quba şəhər Uşaq Musiqi Məktəbi

Quba Uşaq Musiqi məktəbi 1 sentyabr 2004-cü il tarixdən Azərbaycan Respublikasının  Mədəniyyət və Turzm Nazirliyinin 194 nömrəli əmri və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin razılığına əsasən 60 nəfər şagird qəbulu planı ilə açılmışdir.

Məktəbin öz binası olmadığından Azərittifaq Quba rayon İstehsal-İstehlak Kooperativinin binasının IV mərtəbəsində icarə əsasında yerləşir,azərittifaqın balansındadır.Ümumi sahə 325 kv.metrdir,həyətyanı sahəsi yoxdur. 

 

Məktəbin direktoru: İlqar Əlüsman oğlu Məmmədov

Məmmədov İlqar Əlüsman oğlu 24.02.1964-cü il tarixində Quba şəhərində anadan olmuşdur. 1984-cü ildə S.Hacıbəyov adına Sumqayıt Orta İxtisas musiqi məktəbini qırmızı diplomla, 1991-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını kamança ixtisası üzrə bitirmişdir.

1989-1991-ci illərdə Sumqayıt Orta İxtisas musiqi məktəbinin Quba filialında, 1991-1994-cü illərdə Bakı şəhəri N.Nərimanov rayonu Q.Qarayev adına Uşaq Musiqi məktəbində, 1996-2000-ci illərdə S.Hacıbəyov adına Sumqayıt musiqi texnikumunun Quba filialında müəllim, 2000-2003-cü illərdə Sumqayıt musiqi texnikumunun Quba filialında direktor, 2004-cü ildən yeni açılmış Quba şəhər Uşaq Musiqi məktəbində bu günə qədər direktor vəzifəsində çalışır.

Ailəlidir,3 övladı var.

 

Tədris işləri üzrə direktor müavini: İbrahimova  Aynur Aslan qızı

Fortepiano şöbəsinin (V illik)  müdiri: Mikayılova  Təranə  Mikayıl qızı

Fortepiano şöbəsinin (VII illik)  müdiri: Əmrullayeva Cəmalə Niyazəddin qızı

Xalq çalğı alətləri şöbəsinin müdiri: Həsənov Roman Oktay oğlu  

Nəzəri fənlər üzrə şöbə müdiri: Əmrullayeva  Südabə Əlihüseyn qızı


Quba şəhəri
Ünvan:
AZ 4000, Heydər Əliyev prospekti 158
Telefon:

(+994 23) 335-28-63

E-mail:

quba.musiqimektebi2@mail.ru

 

3.8 MB