Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Yardımlı şəhər Uşaq Musiqi Məktəbi

Yardımlı şəhər Uşaq Musiqi Məktəbi 1974-cü ildən fəaliyyətə başlamışdır.Uzun illər məktəbin özəl binası olmamışdır. Yeni bina 2011-ci ildə Fövqalədə Hallar Nazirliyi tərəfindən uyğunlaşdırılmış layihə üzrə tikilmişdir.Müasir standartlara cavab verir,inventar və avadanlıqlarla təmin olunmuşdur.

Məktəbin ümumi sahəsi 469. kv.m, həyətyanı sahəsi isə 1972 kv.m-dir.Məktəbin 56 nəfərlik akt zalı və 15 sinif otağı vardır.Bina birmərtəbilidir və  Masallı Regional Mədəniyyət İdarəsinin balansındadır.

 

Məktəbin direktoru: Zeyni Dadaş oğlu Əkbərov           

03.08.1963-cü il tarixdə Yardımlı rayonunun Köryədi kəndində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsini, 2013--cü ildə Lənkəran Dövlət Humanitar Kollecinin xalq çalğı alətləri şöbəsini qarmon ixtisası üzrə bitirmişdir. 1980-ci ildənYardımlı rayon Uşaq Musiqi Məktəbində qarmon müəllimi işləmiş, 2011-ci il tarixdən həmin məktəbin direktoru vəzifəsində çalışır,Yeni Azərbaycan Partiyasının üzvüdür, ailəlidir, 3 övladı var.

 

Tədris işləri üzrə direktor müavini:  Lalə İldırım qızı Tağılı

Xalq çalğı alətləri şöbəsinin müdiri: Orxan Mehrali oğlu Mustafayev


Yardımlı şəhəri
Ünvan:
Yardimli şəhəri,H.Əliyev prospekti 161
Telefon:

(+99425) 206-26-82

E-mail:

yardimli_musiqi_mektebi@mail.ru

 

163.5 KB

 

187.9 KB