Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Yardımlı şəhər Uşaq Musiqi Məktəbi

Yardımlı şəhər Uşaq Musiqi Məktəbi 1974-cü ildən fəaliyyətə başlamışdır.Uzun illər məktəbin özəl binası olmamışdır. Yeni bina 2011-ci ildə Fövqalədə Hallar Nazirliyi tərəfindən uyğunlaşdırılmış layihə üzrə tikilmişdir.Müasir standartlara cavab verir,inventar və avadanlıqlarla təmin olunmuşdur.

Məktəbin ümumi sahəsi 469. kv.m, həyətyanı sahəsi isə 1972 kv.m-dir.Məktəbin 56 nəfərlik akt zalı və 15 sinif otağı vardır.Bina birmərtəbilidir və  Masallı Regional Mədəniyyət İdarəsinin balansındadır.

Hazırda məktəbdə 80 nəfər şagirdin təhsili ilə 19 nəfər müəllim məşğul olur. Məktəb üç şöbə və 4 ixtisas üzrə fəaliyyət göstərir.

 

Məktəbin direktoru: Əkbərov  Zeyni Dadaş oğlu           

03.08.1963-cü il tarixdə Yardımlı rayonunun Köryədi kəndində anadan olub.1988-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsini, 2013--cü ildə Lənkəran Dövlət Humanitar Kollecinin xalq çalğı alətləri şöbəsini qarmon ixtisası üzrə bitirmişdir.1980-ci ildənYardımlı rayon Uşaq Musiqi Məktəbində qarmon müəllimi işləmiş, 2011-ci il tarixdən  həmin məktəbin direktoru vəzifəsində çalışır,Yeni Azərbaycan Partiyasının üzvüdür, ailəlidir, 3 övladı var.

Tədris işləri üzrə direktor müavini:  Tağılı Lalə İldırım qızı

Xalq çalğı alətləri şöbəsinin müdiri: Mustafayev Orxan Mehrali oğlu


Yardımlı şəhəri
Ünvan:
Yardimli şəhəri,H.Əliyev prospekti 161
Telefon:

(+99425) 206-26-82

E-mail:

yardimli_musiqi_mektebi@mail.ru

 

163.5 KB

 

187.9 KB