Füzuli rayon Şəkərcik kənd Uşaq Musiqi məktəbi 1991-ci ildə Füzuli rayon PMK-15 yaşayış Massivində yaradılmış və fəaliyətə başlamışdır. Məlum Qarabağ hadisələrindən sonra məktəb Bakı şəhərinə köçmüş və hal hazırda Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində 9 mərtəbəli Binanın 1-ci mərtəbəsində yerləşir.
Məktəbin direktoru: Alik Ağabala oğlu Baxış
Alik Ağabala oğlu Baxış 03.11.1961-ci ildə Füzuli şəhərində anadan olmuşdur. 1984-cü ildə Bakı Mədəni Maarif texnikumunu, 1994-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını tar ixtisası üzrə bitirmişdir. 1982-1991-ci illərdə Füzuli rayon Uşaq İncəsənət Məktəbində tar müəllimi işləmişdir. 01.09.1991-ci ildən Füzuli rayon Şəkəırcik kənd Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində çalışır.
Ailəlidir, 3 övladı var.
Fortepiano şöbəsinin müdiri: Aynurə Zerynal qızı Surxayova
Xalq çalğı alətləri şöbəsinin müdiri: Cavid Əvəz oğlu Məmmədov
Nəzəriyyə şöbəsinin müdiri: Aytən Çingiz qızı Əliyeva
alik. baxis.61@ mail.ru