Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Bakı şəhəri Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbi

Şövkət Ələkbərova adına 20 N-li Onbirillik Musiqi 1967-ci ildə yaradılıb. 1993-cü ildə isə məktəbimizə xalq artisti, müğənni Şövkət Ələkbərovanın adı verilmişdir.  2013-cü ildə məktəbimiz Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin sərəncamı ilə  təmir olunub və  məktəb 11 illik təhsil müddətinə keçirilib.

 

Məktəbinin  direktoru: Sevda İbrahim qızı Məmmədova

08.02.1949-cu ildə  Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbini, 1975-ci ildə Üzeyir Hacıbəyov adına  Azərbaycan Dövlət Konservatoriyasının fortepiano ixtisası üzrə bitirib. S.Məmmədova 1970-1975-ci illərdə  20 nömrəli Uşaq  Musiqi  Məktəbində  fortepiano  ixtisası  üzrə müəllim, 1975-1987-ci illərdə şöbə müdiri, 1987-1988-ci  illərdə  tədris işləri üzrə direktor müavini vəzifələrində işləmişdir. 16.03.1988-ci ildən Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin  direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2015-ci ildə “Əməkdar  Müəllim” fəxri  adına  layiq görülmüşdür.

Ailəlidir, 2 övladı var.                                       

 

Tədris işləri üzrə direktor müavini: İradə Teymur qızı  İbrahimova

Fortepiano şöbəsinin müdiri: Mehriban  Səzail qızı  Ələsgərova

Simli və nəfəs alətləri şöbəsinin müdiri: Kəmalə  Kamal qızı  Hacıyeva

Xalq çalğı alətləri şöbəsinin müdiri: Kamil  Qəzənfər oğlu  Məmmədov

Nəzəriyyə şöbəsinin müdiri: Sevil  Şamil qızı  Kərimova


Bakı şəhəri
Ünvan:
AZ 1111, Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsi 54
Telefon:

(+994 12) 569-65-61

E-mail:

20-umm@mail.ru

 

2.2 MB

 

2.5 MB

 

1.6 MB