Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Bakı şəhəri Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbi

Leopold və Mstislav Rostropoviçlər  adına  21 nömrəli 11illik  musiqi  məktəbi 25.08.1967-ci ildə yaradılmışdır. Bakı şəhər Soveti İcra  Komitəsinin  22.07.1967-ci il 05/248 saylı sərəncamı və Azərbaycan  Respublikası  Mədəniyyət və Turizm  Nazirinin  16.07.1967-ci il 321 saylı  əmri ilə 25.08.1967-ci il tarixində Bakı şəhəri Nərimanov rayonunda  21 saylı Uşaq Musiqi Məktəbi  fəaliyyətə  başladı. 

 

Məktəbinin direktoru: Məmməd  Həsən oğlu  Quliyev

07.05.1960-cı ildə Bakı şəhərində anadan olub. 1979- cu ildə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbini, 1984-cü ildə  Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə, 1987-ci ildə P.İ.Çaykovskiy adına  Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir. M.Quliyev 1987-2015-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə müəllim vəzifəsində işləmişdir. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında  Ali Attestasiya Komissiyasının qərarı ilə professor, Azərbaycan Respublikası  Prezidentinin sərəncamı ilə 2011-ci ildə “Əməkdar  müəllim” fəxri adına layiq görülüb. 21.10.2015-ci ildən L.və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru  vəzifəsində çalışır.

Subaydır, 2 övladı var.

 

Fəxri ada layiq görülən (əvəzçi) müəllimlər:

1.Kuznetsov Vladimir Aleksandroviç  - truba,trombon - əməkdar artist

2. Abbaszadə Nəzmiyyə Müzəffər qızı -çello - əməkdar incəsənət xadimi, professor

3. Ağamalızadə Müzəffər Məmməd İbrahim oğlu - fleyta – xalq artisti, professor

4. Quliyev Rövşən Vaqif oğlu - truba - əməkdar artist

5.İsmayılova Gülnaz Əmir qızı –xalq artisti

 

Tədris işləri üzrə direktor müavini: Esmira  Tofiq qızı Əhmədova

Fortepiano şöbəsinin müdiri:  Afaq  Oqtay qızı Rəhimova

Ümumi fortepiano şöbəsinin müdiri: Leyla Saleh qızı İsazadə

Simli və nəfəs alətləri şöbəsinin müdiri: Gülnarə  Tofiq qızı Seyidova

Xalq çalğı alətləri şöbəsinin müdiri: Zamin Teymur oğlu Rzayev

 


Bakı şəhəri
Ünvan:
AZ 1069, Nərimanov rayonu, A.S.Gəraybəyli küçəsi ev 2
Telefon:

(+994 12) 562-86-16

(+994 12) 562-85-95

E-mail:

l.m.rostropovic@mail.ru

 

3.2 MB

 

46.5 KB

 

52.3 KB