Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli 11illik musiqi məktəbi 25.08.1967-ci ildə yaradılmışdır. Bakı şəhər Soveti İcra Komitəsinin 22.07.1967-ci il 05/248 saylı sərəncamı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin 16.07.1967-ci il 321 saylı əmri ilə 25.08.1967-ci il tarixində Bakı şəhəri Nərimanov rayonunda 21 saylı Uşaq Musiqi Məktəbi fəaliyyətə başladı.
Məktəbinin direktoru: Məmməd Həsən oğlu Quliyev
07.05.1960-cı ildə Bakı şəhərində anadan olub. 1979- cu ildə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbini, 1984-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə, 1987-ci ildə P.İ.Çaykovskiy adına Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir. M.Quliyev 1987-2015-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə müəllim vəzifəsində işləmişdir. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2011-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 21.10.2015-ci ildən L.və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru vəzifəsində çalışır.
Subaydır, 2 övladı var.
Fəxri ada layiq görülən (əvəzçi) müəllimlər:
1.Kuznetsov Vladimir Aleksandroviç - truba,trombon - əməkdar artist
2. Abbaszadə Nəzmiyyə Müzəffər qızı -çello - əməkdar incəsənət xadimi, professor
3. Ağamalızadə Müzəffər Məmməd İbrahim oğlu - fleyta – xalq artisti, professor
4. Quliyev Rövşən Vaqif oğlu - truba - əməkdar artist
5.İsmayılova Gülnaz Əmir qızı –xalq artisti
Tədris işləri üzrə direktor müavini: Esmira Tofiq qızı Əhmədova
Fortepiano şöbəsinin müdiri: Afaq Oqtay qızı Rəhimova
Ümumi fortepiano şöbəsinin müdiri: Leyla Saleh qızı İsazadə
Simli və nəfəs alətləri şöbəsinin müdiri: Gülnarə Tofiq qızı Seyidova
Xalq çalğı alətləri şöbəsinin müdiri: Zamin Teymur oğlu Rzayev
(+994 12) 562-86-16
(+994 12) 562-85-95
l.m.rostropovic@mail.ru