Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Bakı şəhəri 24 nömrəli Onbirillik Musiqi Məktəbi

24 № li 11 illik musiqi məktəbi 1975-ci ilin may ayından Bakı şəhəri Binə qəsəbəsində (Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 28 may 1975-ci il tarixli 209 № li, Bakı şəhər zəhmətkeş deputatları Sovetinin İcraiyyə Komitəsinin 30 iyul 1975-ci il tarixli 05383 № li əmrləri) fəaliyyətə başlamış, 2009-cu ilin aprel ayında isə ( Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 28 aprel 2009 - cu il tarixli 165 № li, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin 29 aprel 2009-cu il tarixli 43 № li əmrləri) 11 illik musiqi məktəbinə çevrilmişdir.

 

Məktəbinin direktoru: Nadir Davud oğlu Babayev

16.09.1953-cü ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbini, 1983-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyası tar ixtisası üzrə bitirib. N.Babayev 1973- 1976-cı illərdə Qusar rayon Uşaq Musiqi Məktəbində tar ixtisası üzrə müəllim,  1976-1987-ci illərdə Bakı şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində  tar ixtisası üzrə müəllim, 1987-1989-cu illərdə 18 nömrəli Uşaq Musiqi Məktəbində  tədris işləri üzrə direktor müavini, 1989-1994-cü illərdə 31 nömrəli Uşaq Musiqi Məktəbində direktor, 1994-2019-cu illərdə Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbində direktor vəzifələrində işləmişdir. 19.07.2019-ci il tarixindən 24 nömrəli Onbirillik Musiqi Məktəbində direktor vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2008-ci ildə “Əməkdar müəllim” adına layiq görülüb.

Ailəlidir, 2 övladı var.

 

Tədris işləri üzrə direktor müavini: Rəna Həsənova  Zakir qızı

Fortepiano şöbəsinin müdiri: Mehparə Məmmədəliyeva Faiq qızı

Ümumi fortepiano şöbəsinin müdiri: Çinarə Sadatova Ağasalam qızı

Simli və nəfəs alətləri şöbəsinin müdiri: Rauf Abıyev Rəfail oğlu

Xalq çalğı alətləri şöbəsinin müdiri: Nazim Manafov Şahvəddin  oğlu

Nəzəriyyə şöbəsinin müdiri: Hafizə Nağıyeva Seyfər qızı

 


Bakı şəhəri
Ünvan:
AZ 1045, Xəzər rayonu, Binə qəsəbəsi, F.Ayfulov küçəsi 2
Telefon:

(+994 12) 456-24-54

(+994 12) 456-24-55

Fax:
(+994 12) 456-24-55
E-mail:

24nomrelionbirillikmusiqimekteb@mail.ru

 

275.4 KB

 

94 KB

 

93.3 KB