01.08.1978-ci il / Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 115-1 № və Bakı Şəhər İcra Hakimiyyətinin Mədəniyyət şöbəsinin 01.07.1978-ci il 122/k №-li əmri əsasında fəaliyyətə başlayıb.
1994-cü ildə Azərbaycan Respublikası Bakı şəhər, Xalq Deputatları Sovetinin Rəyasət Heyətinin 07 oktyabr 1994-cü il № 11/119 qərarı ilə məktəbə görkəmli sənətkar Azərbaycanın Xalq artisti Rafik Fərzi oğlu Babayevin adı verilmişdir.
Məktəbinin direktoru: Hüseynov Əmirhüseyn Hacıhüseyn oğlu
24.04.1954 cü ildə Bakı şəhərində anadan olub.1975-ci ildə A. Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1983-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası tar ixtisası üzrə bitirmişdir. 1975-1976-cı illərdə Kürdəmir şəhər Uşaq Musiqi Məktəbində tar müəllimi, 1978-1988-ci illərdə Ş.Ələkbərova adına 20 nömrəli Uşaq Musiqi Məktəbində tar müəllimi, 1988-2001-ci illərdə həmin məktəbdə tədris işləri üzrə direktor müavini vəzifələrində işləmişdir. 01.10.2001-ci idən R.Babayev adına 25 nömrəli Onbirillik Müsiqi Məktəbinin direktoru vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.
Tədris işləri üzrə direktor müavini: Bətulə Rəşid qızı Məmmədova
Fortepiano şöbəsinin müdiri: Elvira Vaqif qızı Rəfizadə
Simli və nəfəs alətləri şöbəsinin müdiri: Yusif Saleh oğlu Hüseynov
Xalq çalğı alətləri şöbəsinin müdiri: İlahə Şuriya qızı Tağıyeva
Nəzəriyyə şöbəsinin müdiri: Barat Mürşüd qızı Quliyeva
(+994 12) 372-94-47
(+994 12) 579-39-24
r.babayev.mektebi@mail.ru