Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Bakı şəhəri Rafiq Babayev adına 25 nömrəli Onbirillik Musiqi Məktəbi

01.08.1978-ci il / Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 115-1 № və  Bakı Şəhər İcra Hakimiyyətinin Mədəniyyət şöbəsinin  01.07.1978-ci il  122/k №-li əmri əsasında fəaliyyətə başlayıb.

1994-cü ildə Azərbaycan Respublikası Bakı şəhər, Xalq Deputatları Sovetinin Rəyasət Heyətinin 07 oktyabr 1994-cü il № 11/119 qərarı ilə məktəbə görkəmli sənətkar Azərbaycanın Xalq artisti Rafik Fərzi oğlu Babayevin adı verilmişdir.

 

Məktəbinin direktoru: Hüseynov Əmirhüseyn Hacıhüseyn oğlu

24.04.1954 cü ildə Bakı şəhərində anadan olub.1975-ci ildə A. Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1983-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət  Konservatoriyası tar ixtisası üzrə bitirmişdir. 1975-1976-cı illərdə Kürdəmir şəhər Uşaq Musiqi Məktəbində tar müəllimi, 1978-1988-ci illərdə Ş.Ələkbərova adına 20 nömrəli Uşaq Musiqi Məktəbində tar müəllimi, 1988-2001-ci illərdə həmin məktəbdə tədris işləri üzrə direktor müavini vəzifələrində işləmişdir. 01.10.2001-ci idən R.Babayev adına 25 nömrəli Onbirillik Müsiqi Məktəbinin direktoru vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var.

 

Tədris işləri üzrə direktor müavini: Bətulə Rəşid qızı Məmmədova

 

Fortepiano şöbəsinin müdiri: Elvira Vaqif qızı Rəfizadə

Simli və nəfəs alətləri şöbəsinin müdiri: Yusif Saleh oğlu Hüseynov

Xalq çalğı alətləri şöbəsinin müdiri: İlahə Şuriya qızı Tağıyeva

Nəzəriyyə şöbəsinin müdiri: Barat Mürşüd qızı Quliyeva

 


Bakı şəhəri
Ünvan:
AZ 1129, Xətai rayonu, Əhmədli qəsəbəsi, Vunq-Tau küçəsi 2
Telefon:

(+994 12) 372-94-47

(+994 12) 579-39-24

E-mail:

r.babayev.mektebi@mail.ru

 

87.4 KB

 

22.4 KB