Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Bakı şəhəri Müslüm Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbi

Bakı şəhər Binəqədi rayonu  26 №-li Uşaq musiqi məktəbi 31 may 1978-ci il tarixli Azərbaycan SSR Mədəniyyət Naziri Z.N.Bağırovun  231 №-li əmri əsasında yaranmışdır.

26 №-li Uşaq musiqi məktəbi  9-cu mikrorayon  Mir-Cəlal küçəsi 105H  ünvanında  yerləşir, məktəbin ümumi sahəsi 750 m2 təşkil edir. Məktəbdə  28 sinif otağı və 80 nəfərlik konsert zalı var.

5 aprel 2011-ci il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51№-li qərarına əsasən Bakı şəhəri 26 №-li Uşaq musiqi məktəbinə  görkəmli müğənni və bəstəkar,SSRİ xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin adı verilmişdir.2014-cü ildən məktəb onbirillik təhsil sisteminə keçmişdir.

 

Məktəbinin direktoru: Gülşən Əbdül qızı Quliyeva

16.07.1957-cı ildə Bakı şəhərində anadan olub. 1976-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, 1981-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Кonservatoriyasını fortepiano ixtisası üzrə bitirmişdir. G.Quliyeva 1984-1997-ci illərdə Bakı şəhəri 26 nömrəli Uşaq Musiqi Məktəbində müəllim, 1997-2007-ci illərdə tədris işləri üzrə direktor müavini vəzifələrində işləmişdir. 10.10.2007-ci ildən Müslüm Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasını üzvüdür.

Ailəlidir, 2 övladı var.        

 

Tədris işləri  üzrə direktor müavini: Sevda Mahmud qızı Əhmədova

Fortepiano şöbəsinin müdiri: Parşkova Svetlana Mixaylovna

Xalq çalğı alətləri şöbəsinin müdiri: İlham Becan oğlu Hüseyn    

Orkestr şöbəsinin müdiri: Nahidə Mansur qızı Əliyeva

Nəzəriyyə şöbəsinin müdiri: Ülkər Rövşən qızı Əfəndiyeva

                               


Bakı şəhəri
Ünvan:
AZ 1147, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 105 H-147
Telefon:

(+994 12) 560-05-40

E-mail:

m.m.26musiqimektebi@mail.ru

26UMM@box.az

 

774.4 KB

 

1 MB

 

850.5 KB