Məktəb 1978-ci ildə Nardaran qəsəbəsi Əsgərov küçəsi 65 ünvanda yaranıb. A.X.C.P. -nin hakimiyyəti dövründə məktəbin binası alınmış və müvəqqəti olaraq Bilgəh qəsəbəsi Azərbaycan qadını küçəsi 57 ünvanda məskunlaşmışdır. Hal-hazıra kimi məktəb göstərilən ünvanda fəaliyyətini davam etdirir
Məktəbinin direktoru: Etibar Aleksandroviç Abdullayev
11.09.1974- cü ildə Bakı şəhərində anadan olmuşdur. 2003- cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini xanəndəlik ixtisası üzrə, 2011- ci ildə Azərbaycan Milli Konservatoriyasının xanəndəlik və musiqişünaslıq ixtisası üzrə bitirib. 2003-2015-ci illərdə 27 nömrəli Uşaq Musiqi Məktəbində müəllim, 2015- 2019-cu illərdə həmin məktəbin müvəqqəti direktor vəzifəsini icra edən vəzifələrində işləmişdir. 13.02.2019-cu ildən həmin məktəbin direktoru vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.
Xalq çalğı alətləri şöbəsinin müdiri: Elşad Balağa oğlu Hüseynov
Fortepiano şöbəsinin müdiri: Günel Ələddin qızı Hüseynova
(+994 12) 456-67-06