Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbi

Bakı şəhər 33 nömrəli Uşaq Musiqi Məktəbi, Bakı şəhər İcra hakimiyyəti Mədəniyyət İdarəsinin 31 may 1984-cü il tarixli 97 nömrəli əmri ilə açılmışdır.

Məktəbinin  direktoru: Nəzifə Arif qızı Əliyeva

10.09.1959-cu ildə Bakı şəhərində anadan olub. 1978-ci ildə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbini nəzəriyyə şöbəsini fərqlənmə diplomu, 1983-cü ildə Üzeyir Hacıbəyov adına  Azərbaycan Dövlət  Кonservatoriyasını  musiqi tarixi və nəzəriyyə ixtisası üzrə bitirib. N.Əliyeva 1977-1978-ci illərdə Sarabski adına Mədəniyyət evində musiqi dərnəyinin bədii rəhbəri, 1980-1981-ci illərdə Azərbaycan Musiqi Mədəniyyət Muzeyində bələdçi, 1983-1984-cü illərdə Bakı şəhər 31 saylı Uşaq Musiqi Məktəbində  nəzəriyyə fənləri üzrə müəllim, 1984-1988- ci illərdə Bakı şəhər 33 saylı Uşaq Musiqi Məktəbində  Uşaq Musiqi Məktəbində nəzəriyyə fənləri üzrə müəllim, şöbə müdiri, 1988-2000-ci illərdə Bakı şəhər Ə.Bədəlbəyli adına 23 saylı Uşaq Musiqi Məktəbində   nəzəriyyə fənləri üzrə müəllim, şöbə müdiri, 2000-2015-ci il Bakı Xoreoqrafiya Məktəbində xüsusi fənlər üzrə direktor müavini müəllim vəzifələrində çalışıb. 17.11.2015-ci ildən 33 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində çalışır. Azərbyacan Respublikası Prezidentinin sərəncamı ilə  2009-cu ildə“Tərəqqi” medalı ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.                                       

 

Tədris işləri üzrə direktor müavini: Gülnarə Nəsir qızı Allahverdiyeva

Fortepiano şöbəsinin müdiri: Elnarə Nəsir qızı Allahverdiyeva

Orkestr şöbəsinin müdiri: Lalə Baratun qızı Ahnəzərova

Xalq çalğı alətləri şöbəsinin müdiri: Ağabəy Həsənbala oğlu Ağabəyov

Nəzəriyyə şöbəsinin müdiri: Səkinə Səfər qızı Muradova

 

                                            


Bakı şəhəri
Ünvan:
AZ 1118, Nizami rayonu, 8-ci km. qəsəbəsi, R.Rüstəmov küçəsi ev 35
Telefon:

(+994 12) 421-20-56

E-mail:

33.umm@mail.ru

 

40.4 KB

 

30.6 KB

 

73.8 KB