Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Bakı şəhəri 34 nömrəli Uşaq Musiqi Məktəbi

Məktəb müstəqil yaşayış binasının birinci mərtəbəsində yerləşir.Bina 1967 – ci ildə inşa olunub.Beş mərtəbədən ibarətdir.22  avqust  1985 – ci ildə 7 otaqdan ibarət məktəb yaranmışdır.01 sentyabr 1987 – ci ildən 16 sinif otağı, zal, qəbul otağı (dəftərxana), direktor otağından ibarət olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2016 – cı il tarixli 147 S nömrəli sərəncamına, Bakı şəhər İcra Hakimiyyətinin 26 aprel 2016 - cı il tarixli 164 nömrəli sərəncamına, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin  13 aprel 2016 – cı il tarixli 128 nömrəli əmrinə əsasən məktəb 1 saylı Xüsusi Təyinatlı Mənzil – Kommunal Təsərrüfatı Birliyinin balansından Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin balansına verilib.

 17 noyabr 2015 – ci il tarixdən məktəbə Vəfa Hidayət qızı Həziyeva rəhbərlik edir.Məktəb 2017 – ci ilin yanvar ayından Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən əsaslı təmir olunub. 2 sinif otağı artırılıb. Yeni inventar və musiqi alətləri ilə təmin olunub. İstilik sistemi yaradılıb.Məktəbin ümumi sahəsi 279,2 kvadrat metrdir.Həyətyanı sahəsi yoxdur.

 

Məktəbinin  direktoru: Vəfa Hidayət qızı Həziyeva

25.07.1971-ci ildə Sumqayıt şəhərində anadan olub. 1992-ci ildə S.Hacıbəyov adına Sumqayıt Orta İxtisas Musiqi Məktəbini musiqi nəzəriyyəsi  ixtisası üzrə, 2009-cu ildə Üzeyir Hacıbəyli adına  Bakı Musiqi Akademiyasını musiqişünaslıq ”ixtisası üzrə bitirib. 1992- 1996-cı illərdə Sumqayıt şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbində nəzəriyyə ixtisası üzrə müəllimi, 1997-2003-cü illərdə Bakı şəhər G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi Məktəbində nəzəriyyə ixtisası üzrə müəllim və şöbə müdiri,.2003-2015-ci illərdə həmin məktəbdə tədris işləri üzrə direktor müavini vəzifələrində işləmişdir. 17.11.2015-ci ildən Bakı şəhər 34 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində çalışır.

Ailəlidir, 1 övladı var.                   

 

Fəxri adları olan müəllimlərin siyahısı

1. Xələfov Allahverdi Zeynəlxan oğlu –  Sənətşünaslıq üzrə fəlsəfə doktoru

2. Həsənov Zaman Huseyn oğlu – Əməkdar mədəniyyət işçisi

                

Tədris işləri üzrə direktor müavini: Niyaz Süfadə oğlu Qəhrəmanov

Fortepiano şöbəsinin müdiri: Afət Yaşar qızı Məmmədova

Simli və nəfəs alətləri şöbəsinin müdiri: Mehriban Yusif qızı Əliyeva

Xalq  çalğı alətləri şöbəsinin müdiri: Aytən Əlibala qızı Axundova

Nəzəriyyə şöbəsinin müdiri: Sona Əflatun qızı Cəfərova


Bakı şəhəri
Ünvan:
AZ 1123, Xətai rayonu, Əhmədli qəsəbəsi, Cavanşir küçəsi ev 6
Telefon:

(+994 12) 371-51-27

E-mail:

34umm@mail.ru

 

106.4 KB

 

97.2 KB

 

94.3 KB