Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Bakı şəhəri Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbi

1934-35 ci tədris ilində professor G.G.Şaroyev tərəfindən Bakı Dairəvi Zabitlər Evinin nəzdində məktəb fəaliyyətə başlamışdır.1951-ci ildə Bakı Dairəsi Hərbi Sovetin qərarı ilə məktəb 10 illik orta Musiqi Məktəbi, 1960-cı ildə isə 11 illik təhsil sisteminə keçirdilib.

1969-cu ildə Bakı Dairəsi Hərbi Sovetinin qərarı ilə məktəb orta ixtisas  musiqi  məktəbi adlandırılaraq  G.G.Şaroyevin adı verilib. 1987-ci ildə Azərbaycan SSR Nazirlər sovetinin 8 May 1987-ci il 17/2914 nömrəli qərarı ilə məktəb Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Azərbaycan Respublikası Prezidentinin 04 may 2011 – ci il tarixli 1490  nömrəli Sərəncamı ilə Bakı şəhər G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin binası Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi tərəfindən yenidən qurularaq əsaslı təmir olunmuş və 15 sentyabr 2012 – ci il tarixində istifadayə verilmişdir. Məktəbin binası müasir standartlara uyğun olaraq təmir olunub, yeni avadanlıq və musiqi alətləri ilə təchiz olunmuşdur.

Məktəbin binası iki mərtəbə və monsartdan ibarətdir. 41 otaq, kiçik və böyük zal, muzey, kitabxana, anbar, arxiv yaradılmışdır.

Məktəbdə  4 şöbə və 25 ixtisas fəaliyyət göstərir.

 

Məktəbinin direktoru: Yusif  Boran oğlu  Vəliyev

15.08.1952-ci ildə Ağdam şəhərində anadan olub. 1975-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını tar ixtisası üzrə bitirmişdir. Y Vəliyev 1969 - 1970- ci illərdə Ağdam rayon Qaradağlı kənd Uşaq Musiqi məktəbində tar müəllimi, 1971-1976-cı illərdə Bakı şəhər 22 nömrəli Uşaq Musiqi məktəbində tar müəllimi və xalq çalığı alətləri şöbəsinin müdiri, 1976-1977-ci illərdə Lerik rayon Uşaq Musiqi məktəbinin direktoru, 1977-1994-cü illərdə Azərbaycan Respublikasl Mədəniyyət Nazirliyi Mədəniyyət işçiləri ixtisasartırma kursunun direktor müavini vəzifələrində işləmişdir. 08.09.1995-ci ildən Bakı şəhər Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2006-cı ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Ailələdir, 3 övladı var.

Fəxri adı olan müəllimlər:

1. Yusif Boran oğlu Vəliyev - Əməkdar müəllim

2. Əmirova Kamilla Əliyevna - Əməkdar müəllim

3. Sinamdzqvarişvili Siala Vaxtanqovna - Əməkdar müəllim

4. Mustafayev Arzu Əhməd - Əməkdar artist

5. Nəzərov İlham İslam - Əməkdar artist

6. İbrahimova Səbinə Vaqifovna - Əməkdar artist

 

Tədris işləri üzrə direktor müavini: Sədaqət  Abuzər qızı  İsmayılova

Fortepiano şöbəsinin müdiri: Rəşidə Rəşid qızı Məmmədzadə

Simli və nəfəs alətləri şöbəsinin müdiri: Natəvan Arif qızı Salayeva

Xalq çalğı alətləri şöbəsinin müdiri: Qüdrət  Məlik oğlu  Məmmədov

Nəzəriyyə şöbəsinin müdiri: Gülnarə Aydın qızı Sadıxzadə

 


Bakı şəhəri
Ünvan:
AZ 1007, Nərimanov rayonu, N.Şahbazov küçəsi 42
Telefon:

(+994 12) 440-67-50

(+994 12) 440-67-68

E-mail:

35umm@mail.ru

Url:
35.music-school.az

 

210.8 KB

 

4.9 MB

 

5.2 MB