UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər

Bakı şəhəri Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbi

1934-35 ci tədris ilində professor G.G.Şaroyev tərəfindən Bakı Dairəvi Zabitlər Evinin nəzdində məktəb fəaliyyətə başlamışdır.1951-ci ildə Bakı Dairəsi Hərbi Sovetin qərarı ilə məktəb 10 illik orta Musiqi Məktəbi, 1960-cı ildə isə 11 illik təhsil sisteminə keçirdilib.

1969-cu ildə Bakı Dairəsi Hərbi Sovetinin qərarı ilə məktəb orta ixtisas  musiqi  məktəbi adlandırılaraq  G.G.Şaroyevin adı verilib. 1987-ci ildə Azərbaycan SSR Nazirlər sovetinin 8 May 1987-ci il 17/2914 nömrəli qərarı ilə məktəb Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

         Azərbaycan Respublikası Prezidentinin 04 may 2011 – ci il tarixli 1490  nömrəli Sərəncamı ilə Bakı şəhər G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin binası Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi tərəfindən yenidən qurularaq əsaslı təmir olunmuş və 15 sentyabr 2012 – ci il tarixində istifadayə verilmişdir. Məktəbin binası müasir standartlara uyğun olaraq təmir olunub, yeni avadanlıq və musiqi alətləri ilə təchiz olunmuşdur.

         Məktəbin binası iki mərtəbə və monsartdan ibarətdir. 41 otaq, kiçik və böyük zal, muzey, kitabxana, anbar, arxiv yaradılmışdır.

Məktəbdə  4 şöbə və 25 ixtisas fəaliyyət göstərir:

 


Bakı şəhəri
Ünvan:
AZ 1007, Nərimanov rayonu, N.Şahbazov küçəsi 42
Telefon:

(+994 12) 440-67-50

(+994 12) 440-67-68

E-mail:

35umm@mail.ru

Url:
35.music-school.az

 

210.8 KB

 

4.9 MB

 

5.2 MB