UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər

Bakı şəhəri Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi

Azərbaycan SSR Xalq Komissarlar Sovetinin Mədəniyyət işləri üzrə komitəsinin  223/147 №-li əmrinə əsasən 1 sentyabr 1940-cı il tarixindən etibarən 1 nömrəli Uşaq Musiqi məktəbi yarandı.

Hazırki 18 nömrəli məktəbin yerində yerləşən iki mərtəbəli binanın birinci mərtəbəsində fəaliyyətə başladı. Məktəbin müdirləri Ü.Hacıbəyovun tələbəsi Fatma Zeynalova, Vaqif Səlimov, daha sonra Ramiz Əliyev olmuşlar.

1980-cı  il  16  iyul   tarixində   Elxan   Əyyub  oğlu  Məmmədov  Mədəniyyət Nazirliyinin 137  №-li  əmrinə  əsasən  Bakı  şəhəri  1  nömrəli  Uşaq  Musiqi məktəbinə direktor vəzifəsinə təyin edildi.

1985-ci   ildə   məktəbə  Vaqif   Mustafazadənin   adı   verildi  və həmin ildən etibarən onun adını daşıyır.

1988-ci  il  8 iyul tarixində isə  Bakı şəhəri Mədəniyyət İdarəsinin 110“a” №-li əmrinə  əsasən  1 nömrəli  Uşaq  Musiqi  məktəbin adı dəyişdirilərək, həmin tarixdən  2  saylı   Uşaq   İncəsənət   məktəbi    adlandırıldı. Bundan  sonra məktəbin  maddi-texniki  bazası daha da möhkəmləndirildi. Məktəbdə  əlavə şöbələr açıldı, məktəbə verilən şagird kontingentlərinin say tərkibi artırıldı.

Məktəbdə fortepiano, skripka, qitara, tar, kamança, qarmon, nağara, vokal, xanəndəlik, klarnet, fleyta, nəzəriyyə, xor dirijorluğu, rəssamlıq,  xoreoqrafiya ixtisasları tədris olunur.


Bakı şəhəri
Ünvan:
AZ 1009, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi 9
Telefon:

(+ 994 12) 594-49-76

(+994 12) 594-45-89

E-mail:

aliyeva-s75@mail.ru

Url:
2incesenet.music-school.az

 

335.4 KB